Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ötən il Naxçıvanda 127 qida obyektində yoxlama aparılıb
CƏMİYYƏT

Ötən il Naxçıvanda 127 qida obyektində yoxlama aparılıb

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Naxçıvan Muxtar Respublikasında (MR) 2025-cui ildə 127 qida obyektində yoxlama aparılıb, 105-nə inzibati cəza tətbiq edilib.

Bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində muxtar respublika ərazisində Agentlik tərəfindən 127 yoxlama həyata keçirilib və əksər qida obyektində pozuntular aşkarlanıb.

Qeyd olunub ki, aparılan yoxlamaların 59-u ictimai iaşə müəssisələrində, 24-ü topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 39-u isə emal müəssisələrində aparılıb. Ən çox pozuntular emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alınıb, bu səbəbdən qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.

Planlı və plandankənar yoxlamalar zamanı 105 qida obyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbehvermə qərarı qəbul edilib.

Məlumata əsasən, 2025-ci ildə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan nöqsanların olduğu 8 qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektlər fəaliyyətlərinə yenidən başlayıblar.

Restoran və kafelərdə aparılan yoxlamalar üzrə vurğulanıb ki, 59 ictimai iaşə müəssisəsində yol verilən pozuntular əsasən sanitar-gigiyenik norma və qaydalara əməl olunmamasından irəli gəlib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Trampa qarşı: Telefonsuz otaqda “qrup terapiyası”

Next

Nazir onu vəzifəsindən azad etdi- FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved