Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 22
  • Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ölkəmizin qlobal sülh gündəliyində artan rolunun göstəricisidir ŞƏRH

Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ölkəmizin qlobal sülh gündəliyində artan rolunun göstəricisidir ŞƏRH

admin 22 Yanvar 2026 3 minutes read
1769074297357634512_1200x630
PAYLAŞIN:

Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla yanaşı, ölkəmizin regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı mühüm rolun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu dəvət, ilk növbədə, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, liderlik keyfiyyətləri, təhlükəsizlik və sülh sahəsində irəli sürdüyü təşəbbüslər, eləcə də dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasətin nəticəsi kimi dəyərləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyini sədri Tural Nurməmmədov deyib.

T.Nurməmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 13-də Misir Ərəb Respublikasının Şərm əl-Şeyx şəhərində keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakı da Azərbaycanın beynəlxalq sülh gündəliyində fəal rol oynadığını bir daha nümayiş etdirib: “Sammit çərçivəsində dövlət başçısının səsləndirdiyi fikirlər, münaqişələrin siyasi-diplomatik yollarla həllinə dair çağırışları və əməkdaşlıq təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb. Azərbaycanın Cənubi Qafqazda sülhyaratma prosesində lider rolu ayrıca vurğulanmalıdır. Regionda yaranmış yeni reallıqlar fonunda ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri, kommunikasiyaların açılması, etimad mühitinin formalaşdırılması və uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş təkliflər Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olduğunu göstərir. Məhz bu təcrübə Azərbaycanın beynəlxalq sülh platformalarına verə biləcəyi töhfələri daha da aktuallaşdırır”, – deyə QHT sədri vurğulayıb.

O bildirib ki, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti uzunmüddətli xarakter daşıyır. Ölkəmiz indiyədək müxtəlif beynəlxalq sülhməramlı missiyalarda iştirak edib, qlobal təhlükəsizlik təşəbbüslərinə töhfələr verib, humanitar və sabitləşdirici layihələrdə fəal mövqe nümayiş etdirib. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini və məsuliyyətli aktor kimi mövqeyini təsdiqləyir.

“Sülh Şurasına təsisçi üzv kimi dəvət olunma da məhz bu ardıcıl və məqsədyönlü siyasətin, beynəlxalq tərəfdaşlar tərəfindən formalaşmış etimadın nəticəsidir. Azərbaycan bu platforma çərçivəsində də sülhün təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal iştirak etməyə hazır olduğunu bəyan edir, – deyə T.Nurməmmədov əlavə edib.

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Müharibədə hər gün min rus əsgəri ÖLDÜRÜLÜR
Next: Çin üzərində həyəcan siqnalı verən təyyarə təcili eniş etməyə hazırlaşır

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.