Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 20
  • Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

admin 20 Yanvar 2026 5 minutes read
17689016171188823850696f4bf124632
PAYLAŞIN:

20 Yanvar Azərbaycan tarixində ən faciəli, eyni zamanda, ləyaqətli və məğrur səhifələrdən biridir. 

Sovet ordusu tərəfindən 36 il əvvəl Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb və 4 nəfər itkin düşüb.

Həmin gecə çox sayda vətəndaşımız öldürülməsinə baxmayaraq, bu, xalqımızın mübarizə əzmini qıra bilmədi. Onlar Sovet rejiminə, xalqımıza qarşı törədilən qırğınlara qarşı öz səsini daha da ucaldaraq mövcud vəziyyəti qəbul etmirdilər.

Artıq Azərbaycan vətəndaşları Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir, partiya biletlərini yanıdırırdılar. Həmin dövrdə Sovet rejiminə etiraz edənlərdən biri, törədilən qırğınların səbəbkarı Mixail Qorbaçova ölüm hökmü çıxaran xalq hakimi olmuş Tahir Kərimli fikirlərini bölüşüb.

Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli bildirib ki, 1990-cı ildə yanvarın 19-da texniki imkanlar, o cümlədən, mobil telefonlar yox idi və mümkün olan vasitələrlə, hətta bəzi radiolarla çağırışlar oldu:

“Bildirilirdi ki, Bakının köməyinə gəlin, Sovet qoşunları daxil olur, buna qarşı xalqın müqavimətini təşkil etmək lazımdır. Mən o zaman İsmayıllı rayonunda xalq hakimi idim. İsmayıllıda, eləcə də Ağsu, Şamaxı, Göyçay və digər rayonlarda xalq müdafiəyə dəvət olunurdu. 

Avtobuslarla əhalini toplayıb Bakıya getdik. Artıq biz gecə çatanda Sovet ordusu Bakıya daxil olmuşdu. Biz Bakıya daxil olanda “Şamaxinka” deyilən ərazidə ağaclar yanırdı. Biz avtobusu Müşfiqabadda qoyub, “Niva” maşını ilə getdik ki, kəşfiyyat edək, avtobusu atəşə tutarlar, insanları öldürərlər. 

Onu doğru etmişdik, çünki bizim özümüzü atəşə tutdular. Çox çətinliklə həmin əhalini də rayonlara qaytara bildik. Çünki vəziyyət elə idi ki, hamını qırırdılar. Artıq məlumatlar var idi ki, bizim yüzlərlə insanlarımızı Sovet qoşunları qırıb. 

Televiziyanın da bloku partlamışdı və əlaqə yox idi. Özümüz İsmayıllıda bütün kəndlərə rabitə şöbəsinin müdiri Osman Osmanovun köməyi ilə radio vasitəsilə xəbərlər yaydıq. O da insanları dəvət etdi və mən ilk olaraq partiya biletini cırıb atdım. 

Mən hazırlaşmışdım ki, məhkəmədə Qorbaçova qiyabi ölüm hökmü çıxarım. Meydanda ən azı 15 minə yaxın insan vardı və xalqın qarşısında bunu elan edim. O vaxt Qorbaçovun şəklini gətirdik və mən əlimi kəsib qanı onun üzünə sürtdüm və ona ölüm hökmü elan etdim. Sonra Mirzə Xəzər “Azadlıq” radisou vasitəsilə bunu bütün dünyaya elan etdi”. 

Tahir Kərimli bundan başqa hətta baş verən proseslərlə bağlı şeir də yazıb: “Ayın 22-də də özüm şair olmasam da, Səməd Vurğunun bir şerinə nəzirəni də elan etdim. Şeir dəyişilmiş formada belə idi: 

Bəşərin cəlladı, divi, şeytanı
Hər cövrü-cəfası partiyamızdır.
Odur ilhamçısı diktaturanın
Müharibə vəfası partiyamızdır. 

Təbii ki, bu, cavabsız qoyulmadı. Mənim haqqımda psixiatriyaya dair aktı tərtib olundu ki, bu dəlidir və s. Göstəriş verildi ki,  ya öldürülməli, ya tutulmalı, məhv edilməlidir. O zaman İsmayıllı sakinləri mənim yaşadığım evin ətrafında 24 saat ərzində keşik çəkdilər. 

Su maşınlarına benzin doldurdular ki, gələn olsa, üzərinə tökəcəyik, ancaq Tahiri verməyəcəyik. Ancaq buna baxmayaraq, vəzifədən uzaqlaşdırıldım və daim təqib şəraitində yaşadım. Hətta Bakıdan rəhbərlikdən gəlib qayınatama demişdilər ki, qızını, uşaqlarını götür apar, Tahiri öldürəcəklər. 

Ancaq ailəm imtina etmişdi ki, biz Tahirlə birlikdə öləcəyik. Sonra Ədliyyə Nazirliyi, Mərkəzi Komitənin bütün işçiləri, ovaxtkı milis dəstələri gəldilər ki, məni götürsünlər. Ancaq xalq onları əhatəyə aldı. Vəzifədən çıxarıldıqdan sonra bildirdilər ki, rayondan çıxarılsın, əhali qoymadı. 

Pul yığdılar, indi yaşadığım evi mənə aldılar. Meydanda çadır qurulmuşdu və 11 min nəfər 5 manatdan artıq olmamaq şərti ilə pul toplandı. Sonra da Ali Sovetə deputat seçdilər. 

Çox böyük hadisələr idi. Xalqımın, o cümlədən İsmayıllı xalqının qarşısında ömür boyu borcluyam, təşəkkür edirəm”. 

Nigar Abdullayeva 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir”
Next: Sabah qar yağacaq: Yollar buz bağlayacaq

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.