Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var”
DÜNYA

“Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var”

20 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

“Qazaxıstan Respublikası Konstitusiyasının mətnində hüquqşünaslar və dilçilər tərəfindən düzəldilməli olan bir sıra qeyri-dəqiqliklər və səhvlər var”.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayın (məsləhət-məşvərət orqanı) iclasında çıxış edərkən bildirib.

“Konstitusiyamızın mətnində bəzi ayrı-ayrı səhvlər müəyyən edilib. Vaxtilə terminoloji və stilistik qeyri-dəqiqliklər edilib. Biz bu boşluqları konstitusiya islahatının bir hissəsi kimi aradan qaldırmalıyıq. Bu işə təkcə hüquqşünaslar deyil, həm də ixtisaslı dil mütəxəssisləri cəlb olunacaqlar”, – deyə o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, konstitusiyanın preambulasına xüsusi diqqət yetirilməlidir. Milli dəyərləri tam əks etdirməsi və zamanla aktuallığını qoruması üçün Konstitusiya yenidən yazılmalıdır.

O əlavə edib ki, yeni preambulada qeyd olunmalıdır ki, Qazaxıstan torpağında sivilizasiya və dövlətçilik tarixinin dərin kökləri var. “Bununla biz Qazaxıstanın Böyük Çölün qüdrətli dövlətlərinin varisi olduğunu nümayiş etdirməliyik”, – deyə prezident vurğulayıb.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qış aylarında su təchizatı ilə bağlı görülən işlər və abonentlərə müraciət

Next

Vahid Əziz: “20 Yanvar xalqın sarsılmaz ruhunu göstərdi”

Copyright 2026— Praqraf.com. All rights reserved