Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Məsud Pezeşkian ölkədə internetə məhdudiyyətin aradan qaldırılmasına çağırıb
DÜNYA

Məsud Pezeşkian ölkədə internetə məhdudiyyətin aradan qaldırılmasına çağırıb

19 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İran Prezidenti Məsud Pezeşkian 11 günlük kəsintidən sonra internetə giriş məhdudiyyətinin aradan qaldırılmasına çağırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Swissinfo” EFE-yə istinadən məlumat yayıb.

“Onlayn ticarəti asanlaşdırmaq və kommunikasiya məhdudiyyətini aradan qaldırmaq üçün İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə mümkün qədər tez internetə girişi bərpa etməyi tövsiyə etdim”, – deyə M.Pezeşkian bildirib.

Bundan əlavə, o, ötən ilin sonundan ölkəni bürüyən etirazlarda saxlanılan iştirakçıların işlərinə xüsusi diqqət və ədalətlə baxılmasına çağırıb.

“Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərində maksimum dəqiqlik və ədalət üstünlük təşkil etməlidir”, – deyə İran Prezidenti qeyd edib və əlavə edib ki, qətllərdə və zorakı əməllərdə günahkar olan başçılar və təqsirlilər ən kiçik güzəşt olmadan müvafiq məhkəmə orqanları qarşısına çıxmalıdırlar.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi, xüsusən də milli valyuta kursunun kəskin düşməsi səbəbindən başlamışdı. Sonradan aksiyalar iğtişaşlara çevrildi. Məlumata görə, polis və nümayişçilər arasında toqquşmalar zamanı 3 mindən 5 min nəfərə qədər insan həlak olub, 10 mindən çox insan həbs edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Putinin xüsusi nümayəndəsi Davosda ABŞ nümayəndələri ilə görüşəcək

Next

Cənubi Afrikada avtoqəzada 11 məktəbli ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved