Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/FHN-də 20 Yanvar faciəsinin qurbanları anılıb
MANŞET

FHN-də 20 Yanvar faciəsinin qurbanları anılıb

19 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Tədbirdə Nazirliyin məsul əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun oğlu Əbulfəz Xanməmmədov və “Uğurlu Yol” qəzetinin təsisçisi jurnalist İlyas Rzayev iştirak edib.

Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin baş verməsindən 36 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib.

Sovet rəhbərliyinin cinayətkar əməllərinə etiraz edən Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 21 yanvar tarixində repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.

Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.

Bildirilib ki, Dahi Rəhbərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sistemi formalaşdırılıb və həmin kateqoriyadan olan şəxslər bu gün də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar.

Sonda qanlı yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Next

Bakı metrosunda “Qarabağ”ın oyunu ilə əlaqədar iş saatı uzadılacaq

Copyright 2026— Praqraf.com. All rights reserved