Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/DSX-də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
MANŞET

DSX-də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

19 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, DSX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Ümumxalq hüzn günü ilə əlaqədar DSX aparatında keçirilən tədbirdə faciədən lentə alınan fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə 20 Yanvar hadisələrinin Azərbaycan tarixində qanla yazılan qəhrəmanlıq və milli dirçəliş səhifəsi, müstəqil dövlətçilik yolunda sarsılmaz iradənin təcəssümü olduğu, həmin qanlı gecədə xalqın göstərdiyi cəsarət və birliyin bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayaqlarından birini təşkil etdiyi bildirilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Next

TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Copyright 2026— Praqraf.com. All rights reserved