Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Kallas ABŞ-ni Qrenlandiya məsələsi ilə diqqəti Ukraynadan yayındırmamağa çağırıb
DÜNYA

Kallas ABŞ-ni Qrenlandiya məsələsi ilə diqqəti Ukraynadan yayındırmamağa çağırıb

18 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ və Avropa Qrenlandiya ilə bağlı mübahisəli məsələləri NATO daxilində həll etməli və Rusiya-Ukrayna müharibəsi mövzusundan yayınmamalıdır.

Paraqraf.com-un məlumatına görə, bu fikri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, mövcud vəziyyətdən Çin və Rusiya tam şəkildə faydalanır.

“Onlar məhz müttəfiqlər arasındakı fikir ayrılıqlarından qazanc götürürlər. Əgər Qrenlandiyanın təhlükəsizliyi təhdid altındadırsa, biz bu problemi NATO daxilində həll edə bilərik. Tariflər Avropa və ABŞ-nin kasıblaşmasına və ümumi rifahımızın pozulmasına səbəb ola bilər.

Biz həmçinin mübahisəmizin əsas vəzifəmizdən – Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına yardım etməkdən bizi yayındırmasına imkan verə bilmərik”, – Kallas vurğulayıb.

Xatırladaq ki, Tramp cari ilin 1 fevralından ABŞ-nin Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qaldıracağını açıqlayıb.

“Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək”, – deyə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

Sonradan Böyük Britaniya və Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrinin liderləri yeni tariflərin qəbuledilməz olduğunu bəyan ediblər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Reuters”: Aİ səfirləri yanvarın 18-də təcili iclas keçirəcəklər

Next

“Bloomberg”: ABŞ Sülh Şurasına üzvlük üçün 1 milyard dollar tələb edib

Copyright 2026— Praqraf.com. All rights reserved