Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Cənubi Koreya “Hyunmoo-5” ballistik raketlərinin yerləşdirilməsinə başlayıb
DÜNYA

Cənubi Koreya “Hyunmoo-5” ballistik raketlərinin yerləşdirilməsinə başlayıb

18 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Cənubi Koreya ordusu “Hyunmoo-5” ballistik raketlərinin yerləşdirilməsinə başlayıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə yerli “Yonhap” agentliyi ordudakı mənbələrə istinadən xəbər yayıb.

“Yer-yer” sinfinə aid olan, ölçülərinə görə “əjdaha” adlandırılan raket yeraltı bunkerlərin məhv edilməsi üçün nəzərdə tutulub və Cənubi Koreyanın Koreya Xalq Demokratik Respublikasının (KXDR) genişmiqyaslı hücumu halında qarşısını almaq və cavab vermək planının əsas elementi sayılır.

“Cənubi Koreya getdikcə daha çox adi zərbələr endirmək imkanlarına diqqət yetirir, KXDR-in nüvə və raket proqramlarını cilovlamağa çalışır”, – deyə nəşr qeyd edib.

Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek şimal qonşusunun nüvə təhdidlərinə cavab olaraq ölkənin zərbə arsenalının əhəmiyyətli dərəcədə artırılmasına çağırıb.

“Cənubi Koreya nüvə silahına sahib ola bilməz, çünki Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır. Mən qəti şəkildə əminəm ki, terrorizmə qarşı mübarizədə balansı təmin etmək üçün çox sayda nəhəng “Hyunmoo-5″ raketlərinə sahib olmalıyıq”, – agentlik nazirin sözlərini sitat gətirib.

Cənubi Koreya “Hyunmoo-5” raketini ilk dəfə 2023-cü ildə Silahlı Qüvvələr Gününə həsr olunmuş mərasimdə ictimaiyyətə nümayiş etdirib, lakin silahın strateji əhəmiyyətinə görə təfərrüatlar gizli saxlanılır. Ordunun yüzlərlə müasir raketi, o cümlədən “Hyunmoo-5” və hazırda hazırlanmaqda olan modernləşdirilmiş variantları silahlanmaya qəbul etməsi planlaşdırılır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İstanbulda mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb

Next

Qazaxıstanda süni intellekt məzmununun nişanlanması tətbiq edilib

Copyright 2026— Praqraf.com. All rights reserved