Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 18
  • Avropa Parlamenti ABŞ-la ticarət müqaviləsinin müzakirəsini dayandırır

Avropa Parlamenti ABŞ-la ticarət müqaviləsinin müzakirəsini dayandırır

admin 18 Yanvar 2026 3 minutes read
ed80902f5fb4104d101e9c668de383b4
PAYLAŞIN:

Avropa İttifaqı-ABŞ ticarət müqaviləsinin artıq etibarlı gələcəyi yoxdur.

Paraqraf.com xəbər verir ki, bu mövqe Avropa Parlamentində ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın alınmasına qarşı çıxanlara qarşı tariflər barədə açıqlamalarından sonra formalaşıb.

Bloomberg-in yazdığına görə, Avropa Parlamentinin ən böyük siyasi qüvvəsi olan Avropa Xalq Partiyasının (EPP) prezidenti Manfred Veber ABŞ-lə ticarət sazişinin təsdiqlənməsinin hazırda mümkün olmadığını bildirib: “Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişi ideyasını dəstəkləyir, lakin Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri nəzərə alınmaqla, onun təsdiqlənməsi bu mərhələdə mümkün deyil. ABŞ mallarına tariflərin azaldılması ilə bağlı razılaşmalar dayandırılmalıdır. Bloomberg-in məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin 2025-ci ilin yayında Trampla əldə etdiyi ticarət sazişi artıq qismən həyata keçirilib, lakin Avropa Parlamenti tərəfindən yekun təsdiq tələb olunur.

Sənəddə Brüsselin Amerika sənaye məhsullarına və müəyyən kənd təsərrüfatı mallarına tarifləri ləğv etmək öhdəliyi müqabilində əksər Aİ mallarına 15 faiz ABŞ tarifinin tətbiq edilməsi nəzərdə tutulurdu. Fon der Lyayen iki tərəf arasında tammiqyaslı ticarət müharibəsinin qarşısını almaq üçün bu şərtlərlə razılaşıb.

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Lange bildirib ki, ABŞ təhdidlərindən əl çəkənə qədər sazişin həyata keçirilməsi üzrə işlər dayandırılmalıdır.

Bundan əlavə, Lange Avropa İttifaqını iqtisadi təzyiqə cavab vermək üçün heç vaxt istifadə olunmayan güclü Aİ mexanizmi olan Məcburiyyətə Qarşı Aləti (ACI) tətbiq etməyə çağırıb. Bu alət güzgü tariflərinin tətbiqinə, texnologiya şirkətlərinə əlavə vergilərə və ya dövlət satınalmalarına girişin məhdudlaşdırılmasına imkan verir.

Avropa Parlamentinin Ticarət Komitəsinin üzvləri artıq ilkin məsləhətləşmələr aparıblar və bir həftə ərzində yenidən görüşməyi planlaşdırırlar. Bu arada, Avropa Parlamentinin Danimarkalı üzvü Per Klauzen parlament rəhbərliyinə ABŞ ilə sazişin dondurulmasını tələb edən məktuba 30 imza toplayıb.

 

Paraqraf.com

 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Karapetyan ev dustağlığına buraxıldı
Next: Trampın İran qərarı neft bazarında yeddi ayın şokunu yaşatdı

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.