Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 17
  • Rusiya və Çin İranı niyə dəstəkləmir? – RƏY

Rusiya və Çin İranı niyə dəstəkləmir? – RƏY

admin 17 Yanvar 2026 4 minutes read
1768645575217318669696b63c715e2e
PAYLAŞIN:

“Ağır vəziyyətdə olan İran tərəfdaş ölkələrin Tehrana dəstəyini artırmasını istəyir”.

Paraqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, məhz İran rejimi yürütdüyü siyasətlə yalnız Qərb ölkələri ilə münasibətlərdə gərginlik yaşamır, qonşu ölkələrlə münasibətləri də normal deyil:

“Buna baxmayaraq, Tehran iki tərəfdaşı – Rusiya və Çindən daha fəal dəstək arzulayır. İranın xarici işlər naziri Abbas Əraqçının çinli həmkarı Van Yi ilə telefon danışığı məhz bu məqsəd daşıyırdı.

Əraqçı çinli həmkarına İranda baş verən son hadisələr barədə məlumat verib. Onun sözlərinə görə, İranda sabitlik bərpa edilib və dialoq üçün qapı açıqdır. Əraqçı Çindən regionda sülh və stabilliyin təmin olunmasında daha fəal rol oynamağı gözlədiklərini qeyd edib.

Van Yi cavab olaraq bildirib ki, Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinə qarşıdır. O əlavə edib ki, Çin bütün tərəflərin təmkinli olmasını və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməsini arzulayır. Çinli nazir vurğulayıb ki, ölkəsi bu prosesdə konstruktiv rol oynamağa hazırdır.

Bu arada, Pekin ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bir daha bəyan edib. Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib ki, Pekin ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıdır. Tehranın milli sabitliyin təmin olunması səylərini dəstəkləyir. Oxşar açıqlamalar Kremldən də səsləndirilib”.

Politoloq qeyd edib ki, ABŞ Venesuelanı nəzarətə götürdükdə Rusiya və Çin buna qarşı çıxsalar da, prosesə mane ola bilmədilər:

“İrandakı rejim Moskva və Pekinin İrana münasibətdə də eyni siyasətdən çıxış edəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq. 

Ancaq Venesueladan fərqli olaraq, İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ da dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox olmayacaq.

Bunu Tehranda da anlayırlar. Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi mərkəzlərini raket atəşinə tutduqda Prezident Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını söyləmişdi. İran prezidenti ölkə adı çəkməsə də, Rusiya və Çinə işarə edirdi.

Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, müxtəlif bölgələrdə baş verənlərə reaksiya üçün resursları kifayət deyil. Çin isə Venesuela və İrana görə ABŞ-la münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir.

ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faizlik gömrük tariflərini tətbiq etməsini açıqlaması Çin iqtisadiyyatına əlavə problemlər yarada bilər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada görüşdüyü ABŞ Prezidenti Donald Trampla ticarət barışığı əldə edib. Si Cinpin həmin barışığı İrana görə pozmayacaq”.

 

Paraqraf.com

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezidentin gəlini sərgidə – Fotolar
Next: Məsafədən (distant) iş əmək müqaviləsi ilə tənzimlənəcək

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.