Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib
DÜNYA

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

17 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Pakistan Hindistanın Cammu və Kəşmirdə məscidləri və onların icmalarını profilləşdirməsini (etnik, dini və ya siyasi mənsubiyyətə görə şəxslərin hədəfə alınması, şəxsi məlumatlarının zorla toplanması, nəzarətə götürülməsi və ya təzyiq göstərilməsi – red.) pisləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, dini məsələlərə bu cür açıq müdaxilə din və etiqad azadlığına dair fundamental hüququn ciddi şəkildə pozulması olmaqla yanaşı, işğal altında olan ərazidə müsəlman əhalini qorxutmaq və kənarlaşdırmaq məqsədi daşıyan növbəti məcburedici cəhdin təzahürüdür:

“Din xadimlərinin şəxsi məlumatlarının, fotoşəkillərinin və məzhəb mənsubiyyətlərinin zorla toplanması ibadət edənlər arasında qorxu yaratmağa və onların dinlərini sərbəst şəkildə icra etməsinə mane olmağa yönəlmiş sistemli təzyiq xarakteri daşıyır. Bu addımlar təcavüzkar Hindistan hökumətinin Hindutva ideologiyasının təşviq etdiyi institusionallaşdırılmış İslamofobiya siyasətinin daha geniş modelinin tərkib hissəsidir. Məscidlərin və müsəlman ruhanilərin məqsədli şəkildə hədəfə alınması bu siyasətlərin ayrı-seçkilik və icma xarakterini açıq şəkildə ortaya qoyur”.

Vurğulanıb ki, Cammu və Kəşmir xalqı qorxu, məcburiyyət və ayrı-seçkilik olmadan dinini icra etmək üçün ayrılmaz hüquqa malikdir:

“Pakistan onlarla həmrəylik nümayiş etdirməyə davam edəcək və kəşmirlilərə qarşı yönəlmiş bütün dini təqib və dözümsüzlük formalarına qarşı səsini qaldırmaqda israrlı olacaq”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Next

Delsi Rodriqes Venesuela hökumətində kadr dəyişiklikləri edib

Copyright 2026— Praqraf.com. All rights reserved