Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 17
  • Cari ildə də inflyasiya proqnozu özünü doğruldacaqmı?

Cari ildə də inflyasiya proqnozu özünü doğruldacaqmı?

admin 17 Yanvar 2026 6 minutes read
upwardgrowth
PAYLAŞIN:

“Keçən il ölkədə istehlak qiymətləri indeksinin əvvəlki ilə rəğmən nisbətən artımameyilli olması ilə yadda qaldı. Bu, özünü ilin əvvəlindən göstərməyə başlamışdı”. 

Paraqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov sosial şəbəkə hesabında yazıb.

Ekspert qeyd edib ki, ilin ortasına doğru tempin səngiməsi qeydə alınıb:

“Belə ki, iyun ayının yekununda istehlak qiymətləri indeksinin illik səviyyəsi nəinki sabit qaldı, hətta cüzi azaldı. Dəqiq desəm, ötən ilin may ayında qeyd olunan göstərici 2024-cü ilin eyni ayına nisbətən 106.3 % təşkil etmişdisə, iyunda 106 %-ə bərabər oldu.

Buna baxmayaraq, əslində sözügedən göstərici yenə yüksəkdir. Ona görə ki, 2018-2021-ci illərdə ölkə üzrə qiymət artımı səviyyəsi 10 %-i keçmədiyi halda, 2022-ci ildə birdən-birə 14 %-ə yaxınlaşmış, 2023-cü ildə 8.8 %, 2024-cü ildə isə 4.9 %-ə təşkil etmişdi. Yəni 2023-2024-cü illərdə bu proses zəifləmişdi.

Məsələ bundadır ki, bütövlükdə il sözügedən göstərici üzrə heç də çərçivədənkənar rəqəmlərlə yekunlaşmayıb. Nə qədər qəribə olsa da, ilin sonuncu ayında, yəni dekabrda temp həmişə olduğunun əleyhinə olaraq zəifləyib. Belə ki, ilin 11 ayının yekununa əsasən, 5.7 % inflyasiya qeydə alınmışdısa, dekabrda 5.6 %-ə düşüb”.

O xatırladıb ki, 2024-cü il üzrə olduğu kimi, 2025-ci ilin də yekununa ölkədə istehlak qiymətləri səviyyəsi ilə bağlı rəqəm hökumətin, yəni Mərkəzi Bank (AMB) ilə İqtisadiyyat Nazirliyinin nəzərdə tutduğu proqnozlara uyğun qeydə alınıb:

“Belə ki, həm orta illik, həm də illik inflyasiya göstəriciləri xüsusən AMB tərəfindən müəyyən olunan hədəf diapazonu çərçivəsində qalıb. Bu isə inflyasiyaya nəzarət mexanizminin pis işləmədiyini göstərir.

Lakin burada bəzi məqamlara da toxunmaq istərdim. Birincisi, bizdə inflyasiyanın ölkədə iqtisadi artımla üst-üstə düşməməsi məsələsidir. Əslində isə bunlar bir-biri ilə bağlı göstəricilərdir. Qeyd edim ki, inflyasiya iqtisadiyyat genişləndikcə yüksəlməlidir, artım az təşkil etdiyi fonda deyil.

Çünki ortada işgüzar aktivlik söhbəti var. Belə ki, iqtisadi artım üçün maliyyələşdirmə lazımdır. Bu isə pul bazası həcminə bağlı məsələdir. Pul bazasına dövriyyədə olan pul vəsaitləri ilə AMB-in kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.

Ölkədə pul bazası həcmi 2025-ci ilin sonuna olan vəziyyətə görə 22 milyard 470.2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonuna olan 20 milyard 916.5 milyon manat göstəricidən 1 milyard 553.7 milyon manat və ya 7.4% çox deməkdir. Bu da iqtisadiyyatda likvidliyin yüksəlişi və maliyyə bazarında dövriyyənin genişlənməsi üçün müsbət şərtdir.

Təkrar edirəm, pul bazasının iqtisadi inkişafda böyük rolu var. Bu göstərici mühüm tənzimləyici, təsiredici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq ləngisin. Bu hər bir hökumətin qarşısında duran həlli çox çətin sayılan məsələlərdən sayılır.

Bizdə isə AMB uçot dərəcəsi haqda qərarlar qəbul edərkən həmişə inflyasiyanı, ölkədə istehlak qiymətləri indeksini nəzərdən keçirir. Bu da əsas etibarilə “Azərbaycan Mərkəzi Bank haqqında” Qanunun faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair 31-ci maddəsinin 2-ci bəndindən irəli gəlir. 

Orada yazılıb ki, Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır”.

Ekspert hesab edir ki, sözügedən bənd AMB-nin uçot dərəcəsi siyasətinin əhatəliliyini və təsir dairəsini, imkanlarını məhdudlaşdırır:

“İkinci məqam ondan ibarətdir ki, inflyasiyanı sürətləndirən idxaldır. Neftin dünya bazarlarında ucuzlaşması isə onu stimullaşdırır. Ona görə də xarici ticarət dövriyyəsində müsbət saldo daim qorunub saxlanılmalıdır. Ancaq bu, özü də ölkədə işgüzar aktivliyin artmalı və genişlənməli olduğunu tələb edir.

Təsadüfi deyil, rəsmən də etiraf edilir ki, proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılıdır. Qeyd edilir ki, qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsir göstərir.

Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarından sayılır. Daxili faktorlardan isə yerli xərc amillərinin aktivləşməsi qeyd olunur.

2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da AMB-in 4±2% hədəf diapazonuna daxildir. İqtisadiyyat Nazirliyi isə orta illik inflyasiyanın 2026-cı ildə 4.8% təşkil edəcəyini proqnozlaşdırıb.

Bir sıra xarici maliyyə qurumlarının ölkəmizdəki sözügedən göstəriciyə dair gözləntiləri müxtəlif olsa da, cari il ərzində də hər şeyin çərçivə daxilində baş verəcəyi zənn edilir”.

Paraqraf.com

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rövşən Rzayev Hacıalılı kəndində səyyar qəbul keçirib
Next: Putinə etimad səviyyəsi neçə faizdir? – SORĞU

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.