Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 16
  • “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabı təqdim olunub

“Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabı təqdim olunub

admin 16 Yanvar 2026 4 minutes read
IMG_20260116_131634
PAYLAŞIN:

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) hazırladığı “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabı təqdim edilib.

Paraqraf.com xəbər verir ki, “Tarixi Yurda Qayıdış” konfransı çərçivəsində hazırlanan kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində MİMTA Fondunun “Əzəli yurd” layihəsi əsasında hazırlanıb.

Belə ki, elmi tədqiqat əsərində Qərbi Azərbaycanda azərbaycanlıların tarixi dövrlərə görə məskunlaşması, İrəvan xanlığının yaranması, onun ictimai-siyasi vəziyyəti, mədəni mühiti, həyata keçirilən islahatlar, inzibati bölgü və idarəetmə quruluşu araşdırılır.

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın düşmənlərinin tarix boyu gözü ölkə torpaqlarında olub:

“Ermənistan və havadarlarının məqsədi Azərbaycanı bütöv işğal etmək idi. Bu gün bu arzuları arxada qoymuşuq və işğal altında olan torpaqlarımızı geri qaytarmışıq. Biz sülh istəyirik. Qarşımızda duran əsas məqsədlərdən biri də Qərbi Azərbaycana qayıdışdır. Ermənistanın ideologiyasında ciddi dəyişiklik yoxdur, ona görə də öz tariximizi yaşatmaq üçün daha çox çalışmalıyıq, kitablar, filmlər ərsəyə gətirməliyik”.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov vurğulayıb ki, qayıdış hüquqları ilə bağlı beynəlxalq ictimai diqqət vacibdir:

“Beynəlxalq qayıdış hüququna istinad üçün çoxsaylı sənədlər var. Bütün bunlar qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını əsaslandıran sənədlərdir. Son üç ildə Qərbi Azərbaycanla bağlı 300 bəyanat səsləndirilib. Dünyada müharibələr assimetrik və hibriddir. Daha çox informasiya müharibələri var. Öz həqiqətlərimizi çatdırmaq üçün həmişə bir addım öndə olmalıyıq”.

Kitabın müəllifi Əfqan Vəliyev qeyd edib ki, Qərbi Azərbaycan azərbaycanlılar üçün ideoloji məkandır:

“Bura bizim üçün təkcə coğrafi məkan deyil. STM-in sorğusuna görə, ölkə əhalisinin 94%-dən çoxu Qərbi Azərbaycanla maraqlanır. Qərbi Azərbaycan İcması bu siyasətin aparılmasında önəmli yer tutan qurumdur. Bizim oraya qayıdışımız haqqımızdır. “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabı da qayıdış istiqamətində həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır”.

Kitabda həmçinin Rusiya-İran müharibələri, Türkmənçay və Ədirnə sülh müqavilələrinin Qərbi Azərbaycanın demoqrafik və siyasi vəziyyətinə təsiri, ermənilərin Qərbi Azərbaycana köçürülməsi, erməni vilayətinin yaradılması və çar Rusiyası dövründə aparılan erməniləşdirmə siyasəti təhlil edilir. Azərbaycalıların deportasiyası, daşnak hakimiyyəti dövründə mədəni mühit və maddi-mədəni irsin mənimsənilməsi, toponimlərin dəyişdirilməsi kimi məsələlər də tədqiqatın diqqət mərkəzindədir.

Müəllif tarixi sənədlər və arxiv materiallarına əsaslanaraq Qərbi Azərbaycanın qədim dövrdən müasir dövrədək olan etnik, siyasi və mədəni proseslərini təqdim edir, erməniləşdirmə siyasətinin köklərini elmi əsaslarla izah edir və azərbaycanlıların bölgədəki varlığını sənədlərlə təsdiqləyir. Kitab tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarını formalaşdıran mənbədir.

Paraqraf.com 

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yanvarın 31-də təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək
Next: Şənbə günü hava yağıntılı olacaq

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.