Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda genişzolaqlı internetin orta sürəti 30 %-ə yaxın artıb
İQTİSADİYYAT

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 30 %-ə yaxın artıb

16 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (88,83 Mbps) görə noyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 86-cı olub.

Paraqraf.com “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 28,5 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (72,17 Mbps), İran (21,33 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (80,27 Mbps), Qazaxıstan (85,71 Mbps), Qırğızıstanı (85,40 Mbps) və Tacikistanı (38,40 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (410,06 Mbps), axırıncı yeri isə Kuba (3,82 Mbps) tutub.

Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə noyabr ayına nisbətən 1 pillə geriləyərək 87,92 Mbps sürətlə 105 ölkə arasında 53-cü olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (691,76 Mbps), sonuncu yeri isə Əfqanıstan (14,87 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 88,14 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (420,37 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,94 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 106,70 Mbps sürətlə 155 şəhər arasında 80-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (835,57 Mbps), sonuncu yeri La Pas (Boliviya) (12,25 Mbps) tutub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Ukraynaya xiyar satışından qazancını 2,5 dəfə artırıb

Next

Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 584 minə yaxın müraciət daxil olub

Copyright 2026— Praqraf.com. All rights reserved