Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 16
  • Ağdaşda hesabat yığıncağı keçirildi – Fotolar

Ağdaşda hesabat yığıncağı keçirildi – Fotolar

admin 16 Yanvar 2026 3 minutes read
icra
PAYLAŞIN:

Yanvarın 15-də Ağdaşda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, deputat Sahib Alıyev, RİH başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının rayon şöbələrinin sədrləri, ağsaqqallar, şəhid ailələri, müharibə veteranları, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Orxan Hüseynzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, ardıcıl və qətiyyətlə davam etdirilir.

Hesabat məruzəsində qeyd olunub ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilib, dövlət proqramlarının icrası, Prezidentin fərman və sərəncamlarının yerinə yetirilməsi təmin edilib. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis-kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan əsas hədəflər və prioritet vəzifələr müəyyən edilib.

Müşfiq Osmanov və Sahib Alıyev çıxışlarında vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasəti milli maraqlara əsaslanaraq uğurla həyata keçirilir. Qeyd edilib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun və suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Natiqlər həmçinin işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, Zəngəzur dəhlizi layihəsinin region üçün yaratdığı strateji imkanlardan bəhs edərək, bu uğurların Azərbaycanın artan beynəlxalq nüfuzunun və güclənən mövqeyinin bariz göstəricisi olduğunu bildiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Ağdaş Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

 







Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Pakistanda ilk ASAN Xidmət mərkəzi fəaliyyətə başlayıb
Next: Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn olunub

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.