Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıb
DÜNYA

Tramp Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıb

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp İranın son şahının böyük oğlu Rza Pəhləvinin ölkə daxilində dəstək qazanıb-qazanmayacağına birmənalı qiymət verə bilməyib.

Paraqraf.com xəbər verir ki, o, bu barədə “Reuters” agentliyinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, R.Pəhləvi “xoş adam kimi görünür”, lakin “öz ölkəsində necə rol oynaya biləcəyi” tam aydın deyil.

“Biz hələ o mərhələyə çatmamışıq – bir çox variantları nəzərdən keçiririk. Danışmaq üçün çox tezdir. Bilmirəm, ölkəsi onun liderliyi qəbul edəcək ya yox. Əgər bunu etsələr, bu məni tamamilə qane edəcək”, – D.Tramp bildirib.

ABŞ lideri daha da irəli gedərək, ötən həftə onunla görüşmək niyyətində olmadığını bəyan etdikdən sonra Pəhləvinin İrana rəhbərlik etmək qabiliyyətini şübhə altına alıb. Tramp, həmçinin qeyd edib ki, etirazlar nəticəsində Tehranda hökumət devrilə bilər: “Lakin bunun baş verib-verməyəcəyindən asılı olmayaraq, bu, maraqlı bir dövr olacaq”.

Daha əvvəl bildirilirdi ki, ötən həftə sonu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rza Pəhləvi ilə görüşüb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Petro Trampla görüşünün tarixini açıqlayıb

Next

Beynəlxalq Valyuta Fondunun rəhbəri Ukraynaya gedib

Copyright 2026— Praqraf.com. All rights reserved