Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ombudsman Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
CƏMİYYƏT

Ombudsman Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Qırğız Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov və Qırğızıstandan olan mediatorlar iştirak ediblər.

Müvəkkil görüş zamanı Azərbaycan Respublikası tərəfindən Türk dövlətləri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Türk dövlətləri arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) yaradıldığını qeyd edib.

Müvəkkil mediasiyanın Azərbaycan Respublikasında tətbiqi və bu sahədə həyata keçirilən hüquqi islahatlardan danışıb. Ölkəmizdə mediasiya fəaliyyəti ilə bağlı müraciətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Nümayəndə heyətinə rəhbərlik edən Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Ombudsman Səbinə Əliyevaya səmimi qəbul üçün təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Beynəlxalq Valyuta Fondunun rəhbəri Ukraynaya gedib

Next

Cevdet Yılmaz ABŞ səfiri ilə İran və Suriyadakı son prosesləri müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved