Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Yollar qardan belə təmizlənir – VİDEO
CƏMİYYƏTÖZƏL

Yollar qardan belə təmizlənir – VİDEO

14 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Ötən gecədən başlayaraq respublikanın bir çox ərazisində yağıntlı hava müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.

Paraqraf.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin təhlükəsiz təminatı üçün zəruri tədbirlər həyata keçirir.

Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir. Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.

Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.

Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Həmçinin ərazi üzrə yerli əhəmiyyətli Lahıc-Burovdal avtomobil yolunda qarın və qaya oarçalatınln yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər aparılır. Qeyd olunan yollar üzrə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.

“Zəfər Yolu” (Əhmədbəyli-Füzuli-Şuşa) avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər aparılıb. Hazırda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi tam təmin edilib.

Ötən gün gecə saatlarında güclü külək nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil yolunda hərəkətdə məhdudiyyətlərə səbəb olub. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunun. Qısa müddət ərzində ağac yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yol boyu hərəkıt bərpa olunub.

Quba-Qəçreş avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda suveren maliyyələşmənin həcmi 9,31 milyard dollara çatıb – iqtisadçı Vüqar Qocayevdən dəyərləndirmə

Next

Ukrayna ABŞ-dən silah alışı üçün 15 milyard avro ala bilər

Copyright 2026— Praqraf.com. All rights reserved