Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
CƏMİYYƏT

Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

14 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə keçirib.

Bu barədə Paraqraf.com Ombudsman Aparatına istinadən məlumat verir.

Qeyd edilib ki, başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, həmçinin saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin saxlama kameralarına, istintaq, tibb, ibadət otağına, mətbəxə, gəzinti yerinə baxış keçirilib, eyni zamanda MSY-də saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib.

Müəssisə rəhbərliyi və əməkdaşlara qanunvericiliyin tələbləri nəzərə alınmaqla saxlanma şəraiti və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilməklə hüquqi-maarifləndirici söhbətlər aparılıb, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı və səlahiyyətləri barədə ətraflı məlumat təqdim edilməklə, 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi haqqında informasiya əks olunmuş lövhə, bukletlər və digər nəşrlər də təqdim olunub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ağdərənin Çıldıran kəndində iki transformator, elektrik və qaz xətləri bərpa edilib

Next

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi builki hədəflərini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved