Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda suveren maliyyələşmənin həcmi 9,31 milyard dollara çatıb – iqtisadçı Vüqar Qocayevdən dəyərləndirmə
İQTİSADİYYATMANŞET

Azərbaycanda suveren maliyyələşmənin həcmi 9,31 milyard dollara çatıb – iqtisadçı Vüqar Qocayevdən dəyərləndirmə

14 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Ötən ilin oktyabrın 1-nə Azərbaycanda təsdiq edilmiş suveren maliyyələşdirmənin ümumi həcmi 9,31 milyard ABŞ dolları təşkil edib. Avrasiya Sabitləşdirmə və İnkişaf Fonduna istinadən Paraqraf.com xəbər verir ki, bu vəsaitin əsas hissəsi 2008–2024-cü illərdə təsdiqlənib, 2025-ci ildə isə əlavə olaraq 174,7 milyon ABŞ dolları ayrılıb. Ümumilikdə bu dövrdə 592 əməliyyat çərçivəsində 535 layihə həyata keçirilib, onlardan 74-ü hazırda icra mərhələsindədir.

Maliyyə vəsaitləri əsasən nəqliyyat, su təchizatı və sanitariya, neft-qaz və enerji, eləcə də dövlət idarəçiliyi sahələrinə yönəldilib. Ən böyük investorlar sırasında Asiya İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı yer alır. Bundan əlavə, bir sıra beynəlxalq maliyyə institutları və inkişaf agentlikləri də investisiya, sabitləşdirmə maliyyələşdirməsi və texniki yardım formatında Azərbaycana dəstək göstərib.

İqtisadçı-alim Vüqar Qocayev Paraqraf.com-a açıqlamasında bildirib ki, təsdiq edilmiş 9,31 milyard dollarlıq suveren maliyyələşdirmə portfeli Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini açıq şəkildə göstərir:

“Maliyyələşmənin strukturuna diqqət yetirdikdə görürük ki, prioritet sahələr məhz iqtisadi artımı və dayanıqlılığı təmin edən sektorlardır. Nəqliyyat və infrastruktur layihələrinə ayrılan böyük həcmdə vəsait ölkənin regional logistika mərkəzi kimi mövqeyini gücləndirir. Su təchizatı, enerji və dövlət idarəçiliyi sahələrinə yönələn investisiyalar isə sosial rifahın yüksəldilməsinə və institusional islahatların dərinləşdirilməsinə xidmət edir”.

V.Qocayevin sözlərinə görə, beynəlxalq maliyyə institutlarının aktiv iştirakı Azərbaycan iqtisadiyyatına olan etimadın göstəricisidir:

“Asiya İnkişaf Bankı və Dünya Bankı kimi qurumların iri həcmli investisiyaları onu deməyə əsas verir ki, Azərbaycanın makroiqtisadi sabitliyi və borc dayanıqlığı beynəlxalq səviyyədə müsbət qiymətləndirilir. Eyni zamanda, texniki yardım paketləri institusional potensialın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

O qeyd edib ki, qarşıdakı mərhələdə əsas hədəf bu maliyyə resurslarının səmərəliliyinin artırılması olmalıdır:

“Əsas məsələ ayrılan vəsaitlərin real iqtisadi nəticələrə çevrilməsidir. Layihələrin icra keyfiyyəti, şəffaflıq və nəticəyönümlü yanaşma təmin olunarsa, bu maliyyələşdirmə Azərbaycanın davamlı inkişaf və rəqabət qabiliyyətinin artmasına ciddi töhfə verəcək”.

 

Həsən 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Samirə Hüseynova: Bakı və Abşeronda dayanıqlı su təminatı üçün yeni mərhələ

Next

Yollar qardan belə təmizlənir – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved