Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/14 yanvar – görkəmli alim Zahid Xəlilovun doğum günüdür
ELM VƏ TƏHSİL

14 yanvar – görkəmli alim Zahid Xəlilovun doğum günüdür

14 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Bu gün, yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid İsmayıl oğlu Xəlilovun doğum günüdür.

Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olub. O, funksional analiz, diferensial tənliklər, elastiklik nəzəriyyəsi və neft mexanikası sahələrində dünya miqyasında tanınan alim kimi Azərbaycan elminin inkişafında müstəsna rol oynayıb.

Alim 1929-cu ildə Tiflisdə Nəriman Nərimanov adına Pedaqoji Texnikumu, 1932-ci ildə isə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. 1937–1940-cı illərdə Tbilisi Riyaziyyat İnstitutunda aspiranturada təhsil alıb və elmi fəaliyyətə Tbilisi Dövlət Universitetində başlayıb. 1940-cı ildə cəmi 29 yaşında namizədlik dissertasiyasını müdafiə edib, 1946-cı ildə isə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru olub.

Zahid Xəlilov 1949-cu ildə funksional analiz sahəsində rus dilində nəşr olunan ilk monoqrafiya – “Funksional analizin əsasları” kitabının müəllifi kimi elmi tarixə düşüb. O, mücərrəd sinqulyar inteqral tənliklər nəzəriyyəsinin yaradıcılarından biri olub, Banax fəzalarında diferensial tənliklərin tədqiqi, qeyri-məhdud operatorlu tənliklərin dayanıqlığı, riyazi fizika və neft-qaz filtrasiyası sahələrində fundamental nəticələr əldə edib.

Alimin təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyasında Riyaziyyat və Mexanika İnstitutu, daha sonra isə Kibernetika İnstitutu yaradılıb. O, uzun illər Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, 30-dan artıq elmlər namizədi və doktoru yetişdirib.

Zahid Xəlilov 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, ömrünün sonunadək isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Eyni zamanda, SSRİ Ali Sovetinin deputatı kimi ictimai-siyasi fəaliyyətdə də fəal iştirak edib.

Görkəmli alim dövlət tərəfindən yüksək qiymətləndirilib, iki dəfə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri ilə təltif olunub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Zahid İsmayıl oğlu Xəlilov 4 fevral 1974-cü ildə Bakı şəhərində vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan elmi məktəbinin formalaşmasında misilsiz xidmətləri olan böyük alimin əziz xatirəsi bu gün də ehtiramla yad edilir. Allah rəhmət eləsin.

 

Misir Mərdənov

AMEA-nın müxbir üzvü

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nikol Paşinyan: KTMT-yə üzvlük silah bazarına çıxışımıza maneə yaradırdı

Next

Hakan Fidan növbəti dəfə İran XİN rəhbəri ilə danışıb

Copyright 2026— Praqraf.com. All rights reserved