Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • “Unibank”ın aktivləri 2 milyard manatı keçib

“Unibank”ın aktivləri 2 milyard manatı keçib

admin 13 Yanvar 2026 4 minutes read
24VvRuxdd0U3iJcLLxCrdjTuTAwixynJMP2M5Y1z_825
PAYLAŞIN:

“Unibank” ASC 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların məbləği 22 %, sayı isə 29 % artıb. İlin sonuna nağdsız əməliyyatların məbləği 15 milyard manatı, sayı isə 465 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2024-cü ilin sonu ilə müqayisədə sahibkar müştərilərin sayı 38 %, hüquqi şəxslərin sayı isə 14 % artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin məbləği 1 milyard 377 milyon manatı ötüb.

Hesabat dövrünə bankın məcmu gəlirlərinin cəmi 398 milyon manata çatıb. Bu əvvəlki illə müqayisədə 43 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 70 milyon manat olub, xalis mənfəət isə 25,8 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 30 % artaraq, 230 milyon manata çatıb, aktivlərin məbləği isə 373 milyon manat artaraq 2,1 milyard manatı ötüb.

İl ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 dekabr 2025-ci il tarixə 14,14 % təşkil edib.

“Unibank”ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, 2025-ci il bank üçün əhəmiyyətli və strateji baxımdan xüsusi bir il olub: “Əldə etdiyimiz maliyyə nəticələri doğru istiqamətdə irəlilədiyimizi aydın şəkildə göstərir. Ötən il bizim üçün yalnız uğurlu göstəricilərlə deyil, eyni zamanda bir strateji dövrün yekun hesabat ili kimi yadda qaldı.

2026-cı il isə bankımız üçün yeni və daha iddialı bir mərhələnin başlanğıcı olacaq. Bu il, qəbul etdiyimiz yeni 3 illik strategiyanın ilk ilidir və qarşımıza daha böyük hədəflər qoymuşuq. Bu dövrdə bank bazarında yeniliklərə imza atmaq, müştərilərimiz üçün daha çevik, daha müasir məhsul və xidmətlər təqdim etmək, həmçinin bankçılığa yanaşmamızı müasir tələblərə uyğun şəkildə yeniləmək əsas prioritetlərimiz olacaq.

Biz inanırıq ki, güclü və stabil maliyyə bazası, aydın strategiya və müştəriyönümlü yanaşma 2026-cı ili bankımız üçün yeni inkişaf imkanları ilə zəngin bir il edəcək.”

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 27 %-dən çox artaraq, 555 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin sonu ilə müqayisədə bu kreditlərin portfeldəki payında 53 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 150 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb.

“Unibank” – Sənin Bankın!

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ötən il Azərbaycanda sığortaolunanların sayı 3 %-dən çox artıb
Next: Azərbaycanın xaricdəki əmlakı üçün sığorta haqqının iki dəfə ödənildiyi üzə çıxıb

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.