Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.
Paraqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli “İJ-17” markalı təklüləli ov tüfəngi tapılıb.
Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən “Baykal” markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib.
Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
