Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: Yaponiya Baş naziri növbədənkənar parlament seçkiləri elan etmək niyyətindədir
DÜNYA

KİV: Yaponiya Baş naziri növbədənkənar parlament seçkiləri elan etmək niyyətindədir

13 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Yaponiya Baş naziri Sanae Takaiti yanvarın 23-də açılacaq parlamentin növbəti sessiyası başladıqdan dərhal sonra Nümayəndələr Palatasını buraxmaq və növbədənkənar parlament seçkiləri elan etmək niyyətindədir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Kyodo” hakim partiya daxilindəki danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Takaiti hökumətə hələ oktyabrdan rəhbərlik etsə də, indiyədək seçkilərin keçirilməsi planlarını açıq şəkildə təsdiqləməyib. Mediada dərc olunan məlumatlara görə, səsvermə artıq fevralda baş tuta bilər. Aşağı palataya əvvəlki seçkilər 2024-cü ilin oktyabrında keçirilib.

Növbədənkənar seçkilərin keçirilməsi Liberal Demokrat Partiyası və Yaponiya İnnovasiyalar Partiyasından ibarət hakim koalisiyanın Nümayəndələr Palatasında öz mövqeyini gücləndirməsinə imkan verə bilər. Qanunvericilik prosesində məhz bu palata aparıcı rol oynayır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Argentinada güclü dalğalar nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb

Next

Ermənistan Türkiyə ilə sərhəddəki nəzarət-keçid məntəqəsindən Rusiya hərbçilərini çıxarmağı planlaşdırır

Copyright 2026— Praqraf.com. All rights reserved