Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • Azərbaycan 2008-ci ildən bəri 9 milyard dollardan çox suveren maliyyələşdirmə cəlb edib

Azərbaycan 2008-ci ildən bəri 9 milyard dollardan çox suveren maliyyələşdirmə cəlb edib

admin 13 Yanvar 2026 4 minutes read
5KmA0MQFpPaziQcMhh0M11BR4eBqQlZ3KldR0kZ4_825
PAYLAŞIN:

Ötən ilin oktyabrın 1-nə Azərbaycanda təsdiq edilmiş suveren maliyyələşdirmənin məbləği 9,31 milyard ABŞ dolları təşkil edib.

Paraqraf.com Avrasiya Sabitləşdirmə və İnkişaf Fonduna istinadən xəbər verir ki, 2025-ci ildə 174,7 milyon ABŞ dolları ayrılıb, vəsaitin əsas hissəsi isə 2008-2024-cü illərdə təsdiq edilib. Bu dövrdə 592 əməliyyat və 535 layihə həyata keçirilib, 74 layihə icra mərhələsindədir.

Ən çox maliyyə vəsaiti nəqliyyat (2,864 milyard ABŞ dolları), su təchizatı və sanitariya (1,906 milyard ABŞ dolları), neft-qaz və enerji sektoru (1,776 milyard ABŞ dolları), dövlət idarəçiliyi və inzibatçılıq sahələrinə (1,172 milyard ABŞ dolları) yönəldilib. Bundan başqa, iqtisadi siyasət, maliyyə və bank sektoruna 392,3 milyon ABŞ dolları, səhiyyəyə 258,1 milyon ABŞ dolları, kənd təsərrüfatına 221,8 milyon ABŞ dolları, infrastruktur və urbanizasiyaya 103,8 milyon ABŞ dolları, informasiya və kommunikasiya texnologiyalarına 96,5 milyon ABŞ dolları, təhsil və əmək resurslarının hazırlanmasına 91,8 milyon ABŞ dolları, iqlim və davamlı inkişafa 49,2 milyon ABŞ dolları, çoxsektorlu layihələrə isə 24,1 milyon ABŞ dolları ayrılıb.

Maliyyələşdirmə növləri üzrə investisiya layihələri 7,52 milyard ABŞ dolları, sabitləşdirmə maliyyələşdirməsi 1,6 milyard ABŞ dolları, texniki yardım 189,6 milyon ABŞ dolları məbləğində olub. Ən böyük investor 3,582 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiq etmiş Asiya İnkişaf Bankıdır. Bunun 2,063 milyard dolları investisiya, 1,5 milyard dolları sabitləşdirmə maliyyələşdirməsi, 18,6 milyon dolları isə texniki yardımdır. Dünya Bankı 2,291 milyard dollar (investisiya – 2,284 milyard dollar, texniki yardım – 7,4 milyon dollar), İslam İnkişaf Bankı 896,9 milyon dollar (investisiya maliyyələşdirməsi), Avropa Yenidənqurma və İnkişaf Bankı 872,2 milyon dollar (investisiya), Asiya İnfrastruktur İnvestisiya Bankı 700 milyon dollar (600 milyon dollar investisiya və 100 milyon dollar sabitləşdirmə maliyyələşdirməsi) ayırıb.

Digər fəal beynəlxalq institutlar arasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 353,8 milyon dollar, Almaniya İnkişaf Bankı (KfW) 128,53 milyon dollar, Əbu-Dabi İnkişaf Fondu (ADFD) 91,33 milyon dollar, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 72,86 milyon dollar, Səudiyyə İnkişaf Fondu 60 milyon dollar, Avropa Xarici Əlaqələr Xidməti (EEAS) 51,44 milyon dollar (35,3 milyon dollar investisiya, 16,2 milyon dollar texniki yardım) məbləğində vəsait təqdim edib.

Qalan maliyyələşdirmə məbləği Avropa İnvestisiya Bankı (45,23 milyon dollar, investisiya maliyyələşdirməsi), Qlobal Ekologiya Fondu (39,15 milyon dollar, texniki yardım), Yaşıl İqlim Fondu (28,79 milyon dollar, investisiya – 25 milyon dollar, texniki yardım – 3,79 milyon dollar), OPEC Fondu (22,33 milyon dollar, investisiya 21,9 milyon dollar, texniki yardım 0,4 milyon dollar), Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu (IFAD, 19,35 milyon dollar investisiya maliyyələşdirməsi), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID, 12,95 milyon dollar texniki yardım), ÇXR Ticarət Nazirliyi (11,93 milyon dollar, investisiya maliyyələşdirməsi), Çin Beynəlxalq İqtisadi və Texniki Mübadilə Mərkəzi (11 milyon dollar, investisiya maliyyələşdirməsi), İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC – 9,93 milyon dollar, investisiya maliyyələşdirməsi), BMT İnkişaf Proqramı (7,28 milyon dollar, bütün məbləğ texniki yardımın payına düşüb), Avstriya İnkişaf Agentliyi (0,67 milyon dollar məbləğində texniki yardım), İsveç Beynəlxalq İnkişaf Agentliyi (Sida – 0,4 milyon dollar, bütün məbləğ texniki yardımın payına düşüb) arasında paylanıb.

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan daha bir ölkəyə siqaret tədarük etməyə başlayıb
Next: Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.