Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ Konqresinə Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib
DÜNYA

ABŞ Konqresinə Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib

13 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rendi Fayn (Florida ştatından respublikaçı) Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə nəzərdə tutan qanun layihəsi təqdim edib.

Paraqraf.com-un məlumatına görə, bu barədə qurumun veb saytında dərc olunmuş açıqlamada bildirilib.

Qanun layihəsinə əsasən ABŞ Prezidenti Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya başqa şəkildə onu ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək səlahiyyəti alır. Bundan sonra Qrenlandiyanın ABŞ-nin ştatı hesab ediləcəyi güman olunur.

R.Faynın sözlərinə görə, təşəbbüs ABŞ-nin Arktikadakı milli maraqlarını qorumaq, Çin və Rusiyadan artan təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Ağ Ev öz növbəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı Amerika ərazisi etməkdə maraqlıdır, çünki o, Rusiyanın və ya Çinin adaya iddia edə biləcəyindən ehtiyatlanır. Bu barədə isə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp əvvəllər ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə çalışdığını qeyd edib, əks halda ada “sonda Çin və ya Rusiyanın təsiri altına düşə və ya hətta düşmənçilik yolu ilə ələ keçirilə bilər. Livitt bunun ABŞ, Avropa və ya Qrenlandiya üçün yaxşı olmayacağını” vurğulayıb.

K.Livitt əlavə edib ki, Qrenlandiyanın ABŞ tərəfindən mümkün ilhaqı təkcə Birləşmiş Ştatların deyil, həm də Qrenlandiyanın özünün maraqlarına xidmət edə bilər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pezeşkian dəstək aksiyasına qatılanlara təşəkkür edib

Next

Almaniya kansleri İranda etirazların yatırılmasını amansız adlandırıb

Copyright 2026— Praqraf.com. All rights reserved