Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi baş katib Aqşin Dadaşoğlunun rəhbərliyi ilə yanvarın 11-də Qubada səfərdə olub. Səfər dəyərli ustad, bayraqdar şair Ramiz Qusarçaylının dəvəti əsasında təşkil olunub.
Qonaqlar səhər yeməyində Ramiz Qusarçaylının evində səmimi şəkildə qarşılanıblar. Daha sonra “Ulduzlar” Ədəbi Məclisinin üzvləri Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyi ilə tanış olublar. Nümayəndəlikdə keçirilən ədəbi görüş qarşılıqlı fikir mübadiləsi və yaradıcılıq müzakirələri ilə yadda qalıb.
Görüş zamanı 1990-cı ilin 20 Yanvar faciəsindən bəhs edən “Mən tanıqlıq edirəm” və 1996-cı ildə Rusiyada azərbaycanlılara qarşı törədilən vəhşilikləri əks etdirən “1996: Moskva göz yaşlarına inandırır” adlı kitablar Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinə hədiyyə olunub.
Tədbirdə ədəbiyyatın milli yaddaşın qorunmasında, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb. Səmimi mühitdə keçən görüş iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.
Səfər və keçirilən ədəbi görüşlə bağlı daha geniş məlumatın yaxın vaxtlarda təqdim olunacağı bildirilib.


Ləman
Paraqraf.com
![]()
