Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • Politoloq: Coğrafiya bizim taleyimizdir

Politoloq: Coğrafiya bizim taleyimizdir

admin 12 Yanvar 2026 8 minutes read
17682250799062030886964f9378ec55
PAYLAŞIN:

Napoleon Bonapartın “Coğrafiya – bizim taleyimizdir” fikri müasir dünyamızın danılmaz siyasi həqiqətidir.

Odur ki, dövlətin və millətin gələcəyini düşünən hər bir məsuliyyətli iqtidar sözügedən geosiyasi həqiqəti nəzərə alaraq coğrafiyanı ölkənin silahına çevirməyə çalışır. Prezident İlham Əliyevin dövlət siyasətinə nəzər yetirəndə biz məhz qeyd olunan vəzifənin ardıcıl icra olunduğunu görə bilirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O qeyd edib ki, İranda baş verən hadisələri görməzdən gəlmək olmaz: “Bəli, ola bilsin ki, təfərrüatlardan uzağıq, ancaq bilməyimiz vacib olan əsas siyasi həqiqət odur ki, orada baş verənlər əsla kortəbii hadisələr deyil. Şübhəsiz ki, hadisələr kənardan yönəldilir və hətta idarə olunur. Odur ki, burada proseslərin, sadəcə, kənardan izlənilməsi ilə məhdudlaşmaq olmaz. Mütləq müvafiq təhlillər aparılmalı, habelə təhrif və qərəzli manipulyasiyaların qarşısını almaq üçün cəmiyyətdə davamlı zəruri maarifləndirmə işləri görülməlidir. Proseslərin bütün regionda yoluxulucu şəkildə yayılması yolverilməzdir. Onu da unutmamalıyıq ki, vəhşi təbiətdə leş ilə qidalanan bəzi yırtıcılar kimi, daim fürsətlər axtarışında olan siyasi radikallar da adətən bu cür proseslərin ətrafında dolaşır.

Dünya ölkələrinin siyasi təcrübəsi deməyə əsas verir ki, əslində hakimiyyətin devrilməsi məsələsi İranda baş verən hadisələrin strateji təyinatı olmaya da bilər. Aydın məsələdir ki, yaşanan hadisələr vasitəsilə, eyni zamanda, müxtəlif vəzifələr icra olunur. Odur ki, ixtisaslaşmış təhlillər sayəsində bütün, hətta hepatetik hesab olunan fərziyyələr də mütləq müəyyən olunmalıdır. Burada digər önəmli bir geosiyasi həqiqəti də vətəndaşların yadına salmalıyıq: qlobal güclər tarixən çalışıblar ki, coğrafiyamız daim siyasi seysmik region hesab edilsin. Çünki coğrafiyamızda davamlı şəkildə sürən siyasi seysmik vəziyyət bütöv regionu təsir altına salınmasını mümkün edə bilər. Tarixçi alimlərimiz sözügedən mülahizəni olduqca rahat şəkildə isbat edə bilərlər. Azərbaycanın həm yeni, həm qədim tarixi sözügedən mülahizəni dolayısilə təsdiq edir.

Bəzi məsələləri daha aydın şəkildə təsəvvür etmək üçün maraqlı və bir o qədər də bəsit olan müşahidəni bölüşək. Tərəddüd etmədən deyə bilərik ki, dünya ölkələrinin mütləq əksəriyyəti öz inkişaf tarixlərində dəfələrlə müxtəlif iqtisadi çətinliklər ilə rastlaşıb. Müasir qlobal proseslərin mürəkkəb mahiyyəti səbəbindən dünyanın heç bir ölkəsi iqtisadi böhranlardan sığortalanmayıb. Bəs dünya ölkələrinin mütləq əksəriyyətində iqtisadi böhran yaşandığı halda faiz etibarilə cəmi neçə ölkədə sırf iqtisadi amillər səbəbindən hakimiyyət çevrilişi baş vermişdir? Bəli, bu sualın obyektiv cavabını axtaran zaman olduqca kiçik rəqəmlər ilə ifadə olunan faizlərlə rastlaşırıq. Demək ki, “iqtisadiyyat”, sadəcə, bəhanədir. Tarixdə hətta elə bir nümunələr var ki, yaşanan “məhrumiyyətlər” xalqın və dövlətin sıçrayışlı inkişafına səbəb olmuşdur. Odur ki, çevriliş və “rəngli inqilabların” əsas təkanverici səbəblərini digər amillərin arxasında axtarmalıyıq”.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin siyasi ritorikasında “Bizim xarici borcumuz çox aşağı səviyyədədir” kimi fikirlər ilə rastlaşmağımız heç də təsadüfi deyil. Əlbəttə ki, bu cür fikirlər, ilk növbədə, xaricə yönəlmiş xəbərdarlıq mesajıdır. Bu cür müsbət vəziyyəti qorumaq üçün dövlətimizin başçısı bütün, hətta populyar hesab olunmayan tədbirləri belə davamlı olaraq görür. “Populyar siyasət” və ani nəticələr naminə mövcud resursların səpilməsi ilə məşğul olan bəzi dövlət və hakimiyyətlərin aqibətini də çox gözəl bilirik. Siyasi strategiya və dövlət siyasətinin uğuru populyar addımların atılmasını yox, milli maraqların aliliyini tələb edir. Ucuz rəğbət naminə aparılan siyasətin adı yalnız demaqogiya ola bilər. Bu yolu seçmiş dövlətlərin aciz aqibətlərini tarixdən yaxşı bilirik.

Süni spekulyasiyalar səbəbindən beynəlxalq enerji bazarında davamlı olaraq yaşanan böhranlar zamanı Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz mesajı öz rəsmi çıxış və müsahibələrində israrla təkrarlayır. Əlbəttə ki, qeyd olunan amil yalnız siyasi iradənin təzahürü ola bilər. Bu mənada əsla təsadüfi deyil ki, təsir altına salmaq istədikləri ölkələrdə yaşanan siyasi sabitlik daim qlobal oyunçu hesab edilən dövlətlərin strateji hədəfi olub.

“Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, İranda yaşanan proseslərin əsl hədəfi orada mövcud hakimiyyətin devrilməsi məsələsi olmaya da bilər. Baş verən hadisələr mütləq qlobal strategiyalar kontekstdə təhlil olunmalıdır. Yalnız bu halda yaşananlardan adekvat və doğru geosiyasi dərslər çıxarda bilərik. Sosial şəbəkələrdə tirajlanan videolara hətta adi istifadəçi gözü ilə baxan zaman biz iqtisadi narazıçılıqdan daha çox ideoloji müstəvidə olan üsyanı görə bilirik.

Əsasən gənclər vasitəsilə təşkil olunan qarışıqlıqlarda və orada səsləndirilən şüarlarda biz emosional etirazların kökündə daha çox ideoloji və mədəni amillərin dayandığını görə bilirik. Yalnız ideoloji “böhran” fərdi etirazları kütləvi tendensiyaya çevirə bilər. Bu mənada “iqtisadi amil”, sadəcə, konkret bir narazılığı kütləvi üsyana qədər transfer edən siyasi texnologiyadır. Dövlətin beyin mərkəzlərinin mütləq nəzərə alacağı önəmli amil budur.

N.Bonopartın yuxarıda qeyd olunan sözlərinə bir daha qayıdaraq, 2024-cü ilin 23 aprel tarixində ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirləri yada salaq: “Qonşuluğa gəldikdə, bu, bizim coğrafiyamızdır, biz bu coğrafiyada yaşamağa öyrəşmişik. Bəlkə də Avropadan gələnlər üçün bu, çox riskli görünə bilər, amma bu, bizim həyatımızdır, biz onu dəyişə bilmərik. Beləliklə, biz bu coğrafiyada yaşamağa, təhlükəsizliyimizi, dövlətçiliyimizi, həyat tərzimizi qorumağa öyrəşmişik…” Bəli, bu cür fikirləri açıq şəkildə səsləndirmək üçün xalqın dəstəyinə arxayınlıq və dönməz siyasi iradə tələb olunur. Biz isə cəmiyyət olaraq bu həqiqətləri bilməliyik, habelə öz vətəndaş məsuliyyətimizi dərindən dərk edərək ayıq-sayıqlığımızı daim qorumalıyıq”, – deyə Asif Adil vurğulayıb.

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı – FOTO
Next: İranda nə baş verəcək: Zərbə, çevriliş, yoxsa?

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.