Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Nə zaman tükənir insan?
CƏMİYYƏTMANŞET

Nə zaman tükənir insan?

12 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Sualın cavabını bilənlər oxumasın…

Çarlz Bukovskinin bu fikri nə zamandır beynimdə dolaşır: “Hər kəs həyatda fərqli cür tükənir. Kimi doğru insanı gözləyərkən, kimi yanlış insana dözərkən. Və hər kəs mütləq nəyinsə bədəlini ödəyir — bəzən etdiyi seçimlərin, bəzən də etmədiyi seçimlərin. Özünü yorma, həyatına yoldaşlıq etmək istəyənlər onsuz da səninlə gələcək”.

Görəsən, düz deyirmi?

Axı həyat insanı eyni yerdən sınamır. Hamımız eyni yolda addımlasaq da, yorulduğumuz, qırıldığımız nöqtələr fərqlidir. Kimi doğru insanı gözlədiyi illərdə tükənir, kimi yanlış birinə ömrünü xərclədiyi günlərdə özündən azalır. Kimi tapdığını zənn edib, aldanaraq yaşayır. Amma nəticə eynidir: insan içindən bir parça itirir.

Çox vaxt düşünürəm ki, bizi yoran seçimlərimizdir. Halbuki bəzən bizi daha çox yoran etdiklərimiz yox, etmədiklərimiz olur. Cəsarət etmədiklərimiz, “bəlkə düzələr” deyib susduqlarımız…
Sevməli olduğumuz yerdə susuruq, getməli olduğumuz yerdə qalırıq, qalmalı olduğumuz yerdə isə gedirik. Həyat da bunun əvəzini gec-tez bizdən alır. Özü də necə…

İnsan ən çox özünə xəyanət edəndə tükənir. Başqalarını incitməmək üçün özünü incitdiyində… Hamını başa düşüb, özünü başa düşməyə vaxt ayırmadığında…

Halbuki həyat kiminsə yükünü daşımaq üçün deyil, yan-yana yol getmək üçündür. Elə buna görə də artıq belə düşünürəm: insan özünü yormamalıdır. Nə izah etmək üçün, nə sevilmək üçün, nə də seçilmək üçün.
Həyatında olmaq, səninlə yoluna davam etmək istəyən insan sənin tempinə uyğun gəlir. Səni ləngitməz, səni sürükləməz, səni tükəndirməz. Sadəcə səninlə yanaşı addımlayar.

Qalanları isə… onsuz da bir gün yolun kənarında qalır. Yorulur… Tükənir… Bezır… Çünki hər kəs həyatın içində öz yerini özü seçir. Biz yalnız kimlərlə davam edəcəyimizi seçə bilərik, kimlər üçün tükənəcəyimizi yox.

Bəlkə də həqiqi rahatlıq elə buradan başlayır:
Özün olmaqdan qorxmamaqdan.
Getməli olanı buraxmaqdan.
Və qalmaq istəyənlərlə sakitcə yol almaqdan.

Yol qısadır… Ömür kimi…
Düşünmə ki, “uzun, incə bir yoldasan”… Bu, ancaq şeirlərdə olur. Reallıq isə fanilikdə gizlidir.

Nə xoş özünü tapana…

Oqtay Oruc
AJB-nin üzvü

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Direktor özü açıqladı: 161 nömrəli məktəbin şagirdi Nərmin fərqləndi

Next

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Copyright 2026— Praqraf.com. All rights reserved