Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Nyu-York küçələri ayaqda: Tramp geri çəkiləcək, yoxsa yeni planı var?
SİYASƏT

Nyu-York küçələri ayaqda: Tramp geri çəkiləcək, yoxsa yeni planı var?

12 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

“Hadisələrin gedişinə uyğun olaraq, müxtəlif dəyişikliklərin şahidi olmaq mümkündür”.

Paraqraf.com xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, Nyu-Yorkda “Tramp getməlidir” şüarları ilə aksiya keçirən etirazçıların ABŞ Prezidentinin mövqeyinə mümkün təsirindən danışıb.

Siyasi şərhçi bildirib ki, Tramp ABŞ tarixində etirazlarla üzləşən prezidentlərdən biridir.

“Bu, ABŞ-da adi haldır. Nyu-Yorkda da onun administrasiyasının siyasətinə qarşı keçirilən etiraz aksiyası da bunlardan biridir. Məlumatlara görə, “Trump Tower” binasının qarşısına qədər keçirilən yürüşdə minlərlə insan iştirak edib. Əsas etirazlar da miqrasiya və gömrük rüsumları ilə bağlı olub. Amma bu mitinq və etirazlar ümumxalq etirazları sayıla bilməz. Ötən ilin aprelində də Trampın apardığı siyasi xəttə qarşı etiraz aksiyaları təşkil olunurdu. Lakin böyük mənada nələrsə dəyişmədi.

Dediyimiz kimi, ABŞ-da etirazlar siyasi gündəmin tərkib hissəsidir. Çox uzağa getmədən xatırladaq ki, Baydenə qarşı da bu tip lokal etiraz aksiyaları keçirilirdi. Lakin nə siyasətində, nə mövqeyində dəyişiklik etdi.

Amma müşahidələr göstərir ki, etiraz edilib-edilməməsindən asılı olmayaraq, Tramp öz mövqeyində tez-tez dəyişiklik etməyi sevir. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə ilə bağlı dünya ictimaiyyəti tez-tez bunu müşahidə edir. Bir ildir mövqe dəyişmələrinin şahidi oluruq. Gah Ukraynanı, gah Rusiyanı haqlı çıxarır. Ona görə də sabah İran, yaxud Kuba siyasətində yeni yanaşmalar sərgiləyə bilər.

Miqrasiya və gömrük siyasətində də eyni mövqelərin yaşanacağı istisna deyil. Məlumdur ki, onun göstərişi ilə “Green Card” (Yaşıl kart) qeyri-müəyyən müddətə təxirə salınıb. Tramp bunu zərərli proqram hesab edir. Həmin proqramın dayandırılmasını da nüvə alimi Nuno Laureronun ölümü ilə əlaqələndirir. Məlumatlara görə, həmin alim “Green Card”la ABŞ-a gələn şəxs tərəfindən qətlə yetirilib. Tramp da məhz buna görə həmin proqramın dayandırılması ilə bağlı göstəriş verib. Maraqlar tələb edəcəksə, proqram bərpa olunacaq.

Trampın gömrük rüsumları ilə bağlı da bəzi ölkələri sinifləndirməsi, sonradan tez-tez fikrini və tarifləri dəyişməsi də faktdır. Ona görə də düşünürəm ki, həm miqrasiya, həm də gömrük tarifləri onun əlində təzyiq alətlərindəndir.

Trampın lokal etirazlara görə planladığı siyasi xətdən imtina edəcəyi inandırıcı deyil. Lakin hadisələrin gedişinə uyğun olaraq, müxtəlif dəyişikliklərin şahidi olmaq mümkündür”, – deyə o bildirib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda iki narkokuryer saxlanılıb – VİDEO

Next

Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved