Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə Ali Səviyyəli Toplantı keçirəcək
SİYASƏT

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə Ali Səviyyəli Toplantı keçirəcək

12 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Yanvarın 15-16-da İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək.

Paraqraf.com xəbər verir ki, toplantı “Parçalanma və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunacaq.

Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli iştirakçı – sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edəcək. Tədbir çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlığın gələcəyi və beynəlxalq sistemdə baş verən transformasiya prosesləri müzakirə olunacaq.

Toplantıda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD), Ümumdünya Ticarət Təşkilatının (WTO), BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ali səviyyəli rəhbərləri və nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə təşkil etdiyi Ali Səviyyəli Toplantılar çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal gündəlikdə duran əsas məsələlərin müzakirəsi və beynəlxalq dialoqun gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi çıxış edir.

 

Paraqraf.com

 

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda üçaylıq təlimlərə başlanılıb – FOTO

Next

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir

Copyright 2026— Praqraf.com. All rights reserved