Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • İranda nə baş verəcək: Zərbə, çevriliş, yoxsa?

İranda nə baş verəcək: Zərbə, çevriliş, yoxsa?

admin 12 Yanvar 2026 6 minutes read
getty_6963fbcc22-1768160204
PAYLAŞIN:

ABŞ İrandakı hadisələrə qarşı güc tətbiqi də daxil olmaqla, cavab tədbirlərini ciddi şəkildə nəzərdən keçirir”. 

ABŞ Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərlə söhbəti zamanı belə deyib. “Biz bu ehtimalı nəzərdən keçiririk”, – deyə Ağ Evin rəhbəri bildirib.

“Bəzi çox ciddi variantları araşdırırıq. Biz qərar verəcəyik”, – deyə ABŞ lideri əlavə edib. O, ölkəsinin İrana qarşı hansı konkret tədbirlər görə biləcəyini açıqlamaqdan imtina edib.

Donald Tramp bu gün verdiyi açıqlamada İran rejimini zərbələr endirəcəyi ilə hədələyib:

“İran mənim “qırmızı xətt”imi keçməyə başlayır. Öldürülməli olmayan bəzi insanların öldürüldüyünü görürük. Biz buna çox ciddi yanaşırıq. Hərbçilər buna baxır və bəzi çox güclü variantları nəzərdən keçiririk. 

ABŞ prezidenti əlavə edib ki, əgər Tehran ABŞ-nin hücumuna cavab olaraq Amerikanın hərbi və kommersiya hədəflərinə hücum edərsə, Vaşinqton inanmayacaqları hədəflərə və inanmayacaqları səviyyələrdə hücum edəcək”. 

Donald Trampın açıqlamaları ABŞ-nin yaxın günlərdə İrana hava zərbələri endirəcəyi barədə məsələni yenidən gündəmə gətirib. Vaşinqton İranda siyasi rejimin dəyişməsində maraqlı görünür. Ona görə Venesueladan sonra Tramp adminstrasiyasının hədəfinin İran olacağı güman edilir.

Artıq İrandakı vəziyyətə müdaxilə ilə bağlı bir neçə variantın prezidfent Trampa təqdim olunduğu bildirilir. Birinci müzakirələrdə dövlət katibi Marko Rubio ilə yanaşı, müharibə naziri (Müdafiə Nazirliyini artıq belə adlandırırlar-red.) Piq Heksetin və Baş Qərargahlar Komandanlığının rəisi Den Keynin də iştirakı İrana qaraşı hərbi əməliyyatlar planın masada olduğunu göstərir.

Eyni zamanda, İsrailin Marko Rubio ilə İranla bağlı telefon danışından sonra bütün silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirməsi İrana hücum əməliyyatının çox yaxın olduğuna dair proqnozlara səbəb olub.

Bu barədə yekun qərarın yanvarın 13-də veriləcəyi gözlənilir. Yayılan məlumatlara görə, Tramp administrasiyasının qəbul edəcəyi əsas qərarlardan biri İranda internetin kəsilməsi ilə əlaqədar yaranmış problemin həllindən ibarətdir.

ABŞ rəhbərliyi etirazçıları internetlə təmin etmək üçün konkret addımlar atacaq. Bundan başqa, aksiyaların effektivliyini artırmaq üçün etirazların yatırılmasında isştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun və onun yarımhərbi qanadı olan BƏSİC-in qərargahlarına, hərbi bazalarına “F-35” qırıcılarından və “Tomahawk” raketlərindən zərbələr endirə bilər.

Bundan başqa, İranın ballistik raketlərinin saxlanıldığı hərbi bazaların da vurulacağı gözlənilir. İran hakimiyyəti isə bu halda ABŞ-nin qonşu ölkələrdəki hərbi bazalarına, gəmilərinə və İsrailə raket zərbəsi endirəcəyini bəyan edib. İran rejiminin belə addım atması onun vəziyyətini daha da ağırlaşdıra bilər.

Çünki İran rəhbərliyi daxildən xalq kütlələri, xaricdən isə ABŞ və İsrail tərəfindən şiddətli hücuma məruz qalacaq. Bu isə 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük müharibədən daha ağır zərbə ola bilər.

Rejimin müqavimətinin qırılması etirazçı kütlənin rejimi devirməsi üçün münbit siyasi şərait yaradacaq. Prezident Trampın İranı ABŞ-nin hərbi hədəflərinə zərbə vuracağı halda inanmayacaqları səviyyədə hücum etməklə hədələməsi mövcud rejim üçün daha təhlükəli xəbərdarlıqdır.

Bununla da Tramp ABŞ-nin hərbi bazaları vurulacağı təqdirdə, İranın ail rəhbəri Ayətullah Xameneyinin olduğu yerə zərbə endiriləcəyinə işarə edib. Qeyd edək ki, İranda etirazlar spontan xarakterli baş verdiyindən, Xameneyinin hakimiyyətdən kənarlaşdırılacağı və ya rejimin devriləcəyi təqdirdə ölkənin gələcək siyasi taleyinin necə olacağı məlum deyil.

Bu da bütün etirazçı kütləni birləşdirəcək müxalifət liderinin olmaması ilə bağlıdır. Ona görə də ABŞ, görünür, proseslərə hərbi yolla müdaxilə etməklə İranda yarana biləcək yeni status-kvonu keçid dövrü üçün nəzarətə götürmək istəyir.

Xameneyinin hakimiyyətinə son qoyulması ona sadiq ayətullahların və hərbçilərin də iqtidarına son qoyulması deməkdir. Bu halda İran konstitusiyasının 111-ci maddəsinə görə, hakimiyyət müvəqqəti şuraya deyil, İran prezidentinə keçəcək. ABŞ də hakimiyyətin dinc keçidini təmin etmək üçün Məsud Pezeşkianla əməkdaşlığa üstünlük verə bilər.

Sabiq İran şahının ABŞ-də yaşayan oğlu Rza Pəhləviyə gəlincə, onun hakimiyyətə gəlməsi hələ mümkün görünmür. O, ABŞ vətəndaşıdır və mövcud İran konstitusiyasının 113-cü maddəsinə görə prezident ola bilməz. Onun iddiasına isə yalnız yeni konstitusiya qəbul edildikdən sonra baxıla bilər.

Müşfiq Abdulla 

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Politoloq: Coğrafiya bizim taleyimizdir
Next: Koray Ergün vəfat etdi

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.