Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İngiltərənin Qrenlandiya ilə bağlı gizli planı üzə çıxdı
DÜNYA

İngiltərənin Qrenlandiya ilə bağlı gizli planı üzə çıxdı

12 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İngiltərənin Qrenlandiyanı həm Çin və Rusiyadan qorumaq, həm də adanı ələ keçirmək istədiyi iddia edilən ABŞ-ni çəkindirmək məqsədilə buraya əsgər göndərməyi planlaşdırdığı ortaya çıxıb.

Paraqraf.com “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, İngiltərə Qrenlandiyanı Çin, Rusiya və ABŞ-dən qorumaq üçün adaya hərbi qüvvə yerləşdirmə planını avropalı müttəfiqləri ilə müzakirə edir.

Çin və Rusiyanın bölgədə artan mövcudluğunu təhdid kimi qiymətləndirən İngiltərənin, adanı qorumaq üçün Fransa və Almaniya kimi avropalı müttəfiqlərlə danışıqlar apardığı bildirilir.

Qeyd olunur ki, bu addımın Qrenlandiyanı ələ keçirmək istədiyi iddia edilən ABŞ-ni də çəkindirməsi gözlənilir.Məlumatda alman və fransız həmkarları ilə görüşən britaniyalı hərbi rəsmilərin Qrenlandiyada mümkün bir missiya üçün plan hazırladığına diqqət çəkilir.

İngilis ordusunun ilkin mərhələdə olan bu planına əsasən, adaya təkcə britaniyalı əsgərlər deyil, həmçinin döyüş gəmiləri və hərbi təyyarələrin də yerləşdirilə biləcəyi bildirilir.

Qrenlandiyaya İngiltərə hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulan missiyanın NATO çərçivəsində həyata keçiriləcəyi, lakin Baltik ölkələri və Polşadakı missiyalardan ayrı bir fəaliyyət olacağı qeyd edilir.

Xəbərdə İngiltərə ordusunun rəsmilərinin bu missiyanın reallaşma ehtimalını nəzərə alaraq artıq hazırlıqlara başladığı və Arktika təhlükəsizliyi ilə bağlı əvvəlcədən planlarının mövcud olduğu bildirilir.

Qəzetə danışan və adlarının açıqlanmasını istəməyən bəzi hökumət rəsmiləri bu hazırlıqları təsdiqləyib.
Onlardan biri, “Baş nazir Keir Starmer Rusiya və Çin təhlükəsini çox ciddi qəbul edir və bir addım atılmasının vacib olduğuna inanır”, – deyə bildirib.

Başqa bir rəsmi isə açıqlamasında, “ABŞ Prezidenti Donald Trampın Rusiyanın Atlantikin şimalında artan aqressiyasının qarşısının alınması və Avropa-Atlantik təhlükəsizliyinin gücləndirilməsi zərurəti ilə bağlı fikirləri ilə razıyıq”, – deyə vurğulayıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ələtə su çəkiləcək

Next

İranda etirazçılar silahla belə vurulur – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved