Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Filippində torpaq sürüşməsi – 8 ölü
DÜNYA

Filippində torpaq sürüşməsi – 8 ölü

12 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Filippinin Sebu şəhərində tullantıların idarə edilməsi və çeşidlənməsi müəssisəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 8-ə yüksəldiyi bildirilib.

Paraqraf.com Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, səlahiyyətlilər 8 yanvar tarixində Sebu şəhərinin Binaliv bölgəsində yerləşən tullantı müəssisəsində baş verən hadisə ilə bağlı açıqlama veriblər.

Açıqlamada həlak olanların sayının 8-ə çatdığı, 12 nəfərin yaralandığı, 28 nəfərin isə itkin düşdüyü qeyd olunub.
Rəsmilər güclü yağışların, eləcə də 2025-ci ilin sentyabrında baş verən zəlzələdən sonra müşahidə olunan tayfunların müəssisədəki çökməni tətikləyən amillər arasında ola biləcəyini bildirib.

Digər tərəfdən, Filippin Hərbi Dəniz Qüvvələrinin açıqlamasında Visayas bölgəsinə cavabdeh olan Mərkəzi Dəniz Qüvvələri Komandanlığının əraziyə axtarış-xilasetmə və təxliyə qrupu göndərdiyi bildirilib.

Vurğulanıb ki, davam edən axtarış-xilasetmə işlərinə dəstək məqsədilə göndərilən qrup texniki xilasetmə avadanlıqları və fərdi qoruyucu sistemlərlə təchiz olunmuş, xüsusi təlim keçmiş dənizçilərdən ibarətdir.

Qrupun yanğınsöndürmə xidməti və polis başda olmaqla digər qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi qeyd edilib.

Həmçinin mümkün ikinci dərəcəli risklərə qarşı ərazidə torpaq şəraitinin davamlı nəzarətdə saxlanıldığı və zərurət yarandığı halda əməliyyat planlarında dəyişiklik ediləcəyi bildirilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pezeşkianın çağırışından sonra küçələrə axışdılar

Next

“Kəpəz” qış fasiləsində daha iki futbolçusu ilə vidalaşacaq

Copyright 2026— Praqraf.com. All rights reserved