Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur
İQTİSADİYYAT

Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur

12 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Bakı şəhərində və Abşeron yarımadasında mövcud su təchizatı infrastrukturu, əsasən, köhnə və istismara yararsız vəziyyətdədir. Magistral su kəmərləri, paylayıcı şəbəkələr və su anbarları bir sıra hallarda texniki cəhətdən qüsurludur. Bu, su itkilərinin artmasına, təchizatın fasiləli olmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bundan əlavə, sənaye və iqtisadi zonalarda su təchizatının dayanıqlığı, həmçinin yeni yaşayış ərazilərinin perspektiv inkişafı üçün alternativ su mənbələrinin istifadəsi vacibdir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Bildirilib ki, bununla bağlı olaraq Bakı şəhərində və Abşeron yarımadasında köhnəlmiş magistral və paylayıcı su kəmərlərinin yenidən qurulması, mövcud nasaz xətlərin dəyişdirilməsi və müasir texnologiyaların tətbiqi, yeni su anbarlarının və nasos stansiyalarının qurulması, mövcud sistemlərin müasirləşdirilməsi, subartezian quyularının bərpası və yeni nasosların quraşdırılması, Samur−Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatının yaxşılaşdırılması və Ceyranbatan su anbarının dayanıqlı su ilə təmin edilməsi tədbirləri həyata keçiriləcək.

Gözlənilən nəticə və nəticə indikatorlarına əsasən, 230 kilometr magistral və 200 kilometr paylayıcı su şəbəkəsinin yenilənməsi, su itkilərinin 20 faizdən aşağı salınması, su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması və dayanıqlılığın təmin olunması, Samur−Abşeron kanalı və “Ceyranbatan” su anbarı vasitəsilə suvarma suyu və texniki su təminatının dayanıqlılığının artırılması mümkün olacaq.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

Next

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

Copyright 2026— Praqraf.com. All rights reserved