Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində üç gündür suyun fasilə ilə verildiyi bildirilir.
Paraqraf.com xəbər verir ki, bununla bağlı sakinlər Oxu.Az-a müraciət ediblər.
Məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, “Qobu Park”ın içməli su təchizatı Abşeron Su Meliorasiya İdarəsi tərəfindən həyata keçirilir.
“İdarədən verilən məlumata görə, ərazi qrafikə uyğun olaraq mütəmadi şəkildə həftənin 2, 4, 6-cı günləri içməli su ilə təmin edilir. Bu qrafik əsasında heç bir problem qeydə alınmayıb. Sakinlər tərəfindən hər hansı narahatlıq varsa, öz daxili xətlərinə baxış keçirmələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir.
Paraqraf.com
![]()
