İranda baş verən kütləvi iğtişaşlar Hüquq-Mühafizə Komandanlığının (FARAJ) xüsusi təyinatlı qüvvələrinin səkkiz üzvünün ölümünə səbəb olub.
Paraqraf.com yazır ki, bu barədə “Tasnim” xəbər verib.
FARAJ Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Məsud Mossadeq bildirib ki, 8 və 9 yanvar tarixlərində İranın müxtəlif şəhərlərində iğtişaşların yatırılması əməliyyatları zamanı səkkiz təhlükəsizlik işçisi öldürülüb.
Generalın sözlərinə görə, əsgərlər iğtişaşçıların onlara hücum etməsi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif silahlarla atəş açması nəticəsində həlak olublar.
Çoxsaylı təhlükəsizlik mənbələri bildirib ki, indiyə qədər “terrorçu qruplar”ın (İran hakimiyyəti etirazçıları belə adlandırır-red.) təxminən 200 lideri və əməliyyat komandiri həbs olunub, iğtişaşlarda iştirak edənlərdən xeyli miqdarda sursat, silah, qumbara və Molotov kokteyli müsadirə edilib.
Tehran Yanğından Mühafizə İdarəsinin rəisi Qüdrətullah Məhəmmədi bildirib ki, silahlı iğtişaşçılar 26 evi, 34 məscidi, 40 bankı, 15 ticarət mərkəzini, 13 hökumət binasını və hökumət maşınları da daxil olmaqla 50 nəqliyyat vasitəsini yandırıblar.
Paraqraf.com
![]()
