Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu keçiriləcək.
Paraqraf.com xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcəklər.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas Kristensen və Qavi zədə səbəbindən matçı buraxacaqlar. Madrid klubunda isə Eder Militaonun oynamayacağı dəqiqdir. Trent Aleksander-Arnold və Antonio Rüdigerin isə meydana çıxıb-çıxmayacağı sual altındadır
![]()
Visited 6 times, 1 visit(s) today
