Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt ABŞ nümayəndələri ilə Danimarkanın iştirakı olmadan görüş keçirilməsi imkanına işarə edib.
Paraqraf.com-un məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Motsfeldt bildirib ki, ada ABŞ tərəfi ilə istənilən danışıqlarda “ön cərgədə” olmalıdır, çünki onlar bir-birinə ehtiyac duyurlar.
Bu arada, “Reuters”in məlumatlı mənbələri xəbər veriblər ki, Vaşinqtonda adanın sakinlərinə ödənişlərin edilməsi müzakirə olunur. Məqsəd onların Danimarkadan ayrılaraq ABŞ-nin tərkibinə qatılmasına razılıq vermələridir. Dəqiq məbləğ hələ müəyyən edilməyib, lakin bu, 10–100 min dollar aralığında ola bilər.
Bununla yanaşı, “Verian” şirkətinin keçirdiyi sosioloji sorğu göstərib ki, qrenlandiyalıların 85%-i ABŞ-yə qatılmaq istəmir, çünki Danimarkada həyat səviyyəsinin daha yüksək olduğunu düşünürlər.
Paraqraf.com
![]()
