Rusiya ordusunun Ukraynanı paytaxtı Kiyev şəhərinə hava hücumu davam edir.
Paraqraf.com xəbər verir ki, müxtəlif tipli raketlər paytaxtda çoxrmərtəbəli binalara ziyan vurub və avtomobillər yanır.
“Darnitski rayonunda PUA-nın yaşayış binasına dəydiyi yerə ikinci zərbə endirilib. Bir tibb işçisi həlak olub, bir neçəsi yaralanıb. Hamısı kömək göstərmək üçün getmişdi”, – Kiyev meri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, ümumilikdə hücumlarda dörd nəfər ölüb və 10 sakin xəsarət alıb.
Eyni zamanda Dnepr rayonunda üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib və yanğın baş verib. Binadan 29 nəfər təxliyə edilib. Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev bölgəsinə yüksək sürətli hədəflərin yaxınlaşdığını bildirib. Hərbçilər həmçinin Qara dənizdən Kalibr qanadlı raketlərinin atılması barədə xəbərdarlıq ediblər.
Paraqraf.com
![]()
