Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 9
  • Prezident maraqlı məqamlarda zəngin müsahibəsində dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını qeyd etdi

Prezident maraqlı məqamlarda zəngin müsahibəsində dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını qeyd etdi

admin 09 Yanvar 2026 9 minutes read
IMG_3183
PAYLAŞIN:

İlin əvvəlində, 5 yanvarda, ölkəmizin uğurlarının bəhrəsi kimi,  yerli televiziya kanallarında müsahibəsində Prezident İlham Əliyev öncə qeyd etdi ki, keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Müharibənin müxtəlif mərhələlərinə toxunan ölkə rəhbəri qeyd etdi ki, bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Bu mənada, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər.

907-ci düzəlişə gəldikdə, bu düzəliş bizə qarşı çox böyük ədalətsizlik, eyni zamanda, AXC-Müsavat cütlüyünün buna laqeyd yanaşması idi. Bu düzəlişin Azərbaycan üçün mühüm əhəmiyyətindən danışan Prezident qeyd etdi ki, Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Ötən il böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Digər tərəfdən, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur.

Prezident onu da qeyd etdi ki, Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Çin Xalq Respublikası ilə strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən Prezident onu da vurğuladı ki,  Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq.

Prezidentin qeyd etdiyi kimi, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn investisiyalardan danışdıqda, böyük imkanlar açır. Eyni zamanda, Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir.

Prezident maraqlı məqamlarda zəngin müsahibəsində dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını qeyd etdi. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Azad olunmş ərazilərdə sosial-iqtisadi inkişafla bağlı, Prezident bildirdi ki, ilk növbədə, biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik. Enerji sistemi – dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur.

Hələ İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra,  2021-ci ilin əvvəlində artıq Zəngəzur dəhlizinin inşası kimi, dəmir yolunun təməlinin qoyulduğunu,  bu dəhlizin daxili və beynəlxalq əhəmiyyətli rolunu vurğulayaq Prezident qeyd etdi ki, Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, – indi orada böyük suvarma layihələri icra ediləcək, – istər turizm, bu bölgəni biz birləşdirəcəyik.

Bəli, bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb. Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə, sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.

Bərpa olunan enerjinin ölkəmizin gələcəyində mütləq rolundan bəhs edən Prezident qeyd etdi ki, Biz bu prosesə başlayanda, əlbəttə ki, əsas güddüyümüz məqsəd təbii imkanlarımızdan maksimum istifadə etmək idi. Çünki beynəlxalq təşkilatlar artıq bizim potensialımızı dərindən təhlil edərək təsbit ediblər. Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur.

Qaz ixracatı ilə bağlı, Prezident ətraflı söhbətində bildirdi ki, həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq.

Dilimizin qorunması ilə bağlı, Prezident qeyd etdi ki, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Müstəmləkəçilik dövrlərində müxtəlif təzyiqlərə məruz qalsalar da,  dilimizin zənginliyini qoruyub bizə saf şıkildə çatdıran ulu babalarımızın əmanətini bizim də yeni nəsillərə olduğu kimi ötürməyə borcumuzu diqqətə çatdıran Prezident, indiki dövrdə 10 milyondan artıq Azərbaycanda və ümumilikdə, bütün dünya miqyasında 50 milyon azərbaycanlının məsuliyyətini vurğuladı, sonda əlavə etdi ki, mən Akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq.

Elm və Təhsil Nazirliyinin yaranması zərurətindən, Azərbaycanda turizmin COVİD-dən əvvəlki və sonrakı vəziyyətindən bəhs edən Prezident  qeyd etdi ki, Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir, turizmlə bağlı planlarımız çöx genişdir. Sonda Jurnalistlərin kadr siyasətilə bağlı sualına rəğmən, Prezident qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu, özlüyündə daha çevik idarəetmə üçün daha əlverişlidir.

Ata vəsiyyətini ləyaqətlə yerinə yetirərək, 30 illik Qarabağ həsrətimizə son qoyan Müəffər Ali Baş Komandanın sonda söylədiyi bu misralar hamımız üçün örnəkdir: “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

Şaiq Şəfərov

YAP Suraxanı Rayon Təşkilatı ƏPT-nin sədr müavini

Suraxanı RİH-nin nəzdində Layihə Smeta Bürosunun rəisi

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Next: Samirə Hüseynova: “Qlobal təşəbbüslər və güclü dövlət strategiyası”

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.