Milli Basketbol Assosasiyasında (NBA) bu gün keçirilməli olan “Çikaqo” – “Mayami” oyunu təxirə salınıb.
Paraqraf.com xəbər verir ki, bu barədə NBA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma meydançada rütubətin çox olması səbəbindən nəzərdə tutulan tarixdə baş tutmayıb.
Qeyd edək ki, “Mayami” Şərq Konfransında 20 qələbə ilə 7-ci pillədə qərarlaşıb. “Çikaqo” isə 17 qalibiyyətlə onuncudur.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
