İspaniya Superkubokunun yarımfinal matçında “Real” Madridin digər təmsilçisi “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.
Paraqraf.com-un məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilib.
Qalib komandanın heyətində qolları Federiko Valverde (2) və Rodriqo (55) vurublar. “Atletiko”dan isə Aleksandr Sörlot (59) fərqlənib.
“Real” finalda daha əvvəl “Atletik”i 5:0 hesabı ilə məğlub edən “Barselona” ilə qarşılaşacaq. Matç yanvarın 11-də keçiriləcək.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
