Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran Prezidenti xalqın tələblərini dinləməyin vacib olduğunu bəyan edib
DÜNYA

İran Prezidenti xalqın tələblərini dinləməyin vacib olduğunu bəyan edib

09 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb.

Bu barədə Paraqraf.com “Al-Araby” telekanalına istinadən xəbər verir.

“Hər hansı zorakı hərəkətlərdən və ya məcburiyyətdən qaçınmaq lazımdır. Son dərəcə təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət qurulmalı və İran xalqının tələblərinə əməl edilməlidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, yanvarın 8-də Tehran, Təbriz və Məşhəddə genişmiqyaslı nümayişlər keçirilir. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, Yusif və Azadi rayonlarında toplaşırlar. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib.

“Al-Araby”nin məlumatına görə, bunlar İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tacikistanda zəlzələ olub

Next

ABŞ-də federal agentlər iki nəfəri güllələyib

Copyright 2026— Praqraf.com. All rights reserved