Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Razi Nurullayev öz övladına hamı kimi sadə bir toy etdi” – Qüdrət Həsənquliyev
CƏMİYYƏT

“Razi Nurullayev öz övladına hamı kimi sadə bir toy etdi” – Qüdrət Həsənquliyev

08 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Ədalət, Hüquq və Demokratiya (ƏHD) partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib və son bir neçə gündə deputat həmkarı Razi Nurullayevin adının hallandığı toy məsələsi ilə bağlı xüsusi mövqe sərgiləyib.

paraqraf.com “elchi.az”a istinadən həmin müsahibəni təqdim edir:

-Qüdrət bəy, deputat həmkarınız Razi Nurullayev qardaşı oğluna Dubayda təmtəraqlı toy etdi və bu geniş ictimai müzakirələrə səbəb oldu. Sizin bu məsələyə münasibətiniz necədir?

-Razi Nurullayev parlamentdə, mediada həll olunarsa, vətəndaş məmnunluğuna, iqtidarın nüfuzunun artmasına səbəb olacaq çoxlu problemlər barədə danışır. Çox təəssüf ki, “ədalət axtarışına” çıxanlar o məsələlərin heç biri barəsində ictimai müzakirə açmırlar. Razi Nurullayev öz övladına hamı kimi sadə bir toy etdi. Onun qardaşı, görünür, Razi bəyin mövqeyini nəzərə alıb toyu Bakıda yox, Dubayda edib. Bakıda etsəydi, daha yaxşı, həmin pulu bizim sahibkarlar qazanardı. İnsan on illərdir bizneslə məşğul olur. Halal qazandığı pulla oğluna dəbdəbəli toy edib. Burda qınanılası nə var? Belə təmtəraqlı toyalar dünyanın ən inkişaf etmiş ölkələrində də baş verir. Bununla yanaşı, cinayət etməyib ki, Razi bəy mənəvi qınaqla üzləşsin.

-Onu hətta Rusiya ilə “hansısa” əlaqələrdə ittiham edənlər də oldu. Bu barədə fikriniz nədir?

-Razi bəy vətənpərvər insandır. Onun stres altında uğursuz çıxışları olsa da (hər halda bu mənim qiymətləndirməmdir), qaldırdığı əksər məsələlər milli və dövlət maraqlarına cavab verir və bu onun vətənpərvərliyini bir daha təsdiq edir. Azərbaycanda çox az adam var ki, Rusiyada qohumu, yaxud dostu, tanışı olmasın. O cümlədən iqtidar təmsilçilərinin. Rusiyada yaşamaq, təhsil almaq, işləmək həmin adamın vətənpərvərliyinə şübhə yarada biməz. Əksinə, həyat göstərir ki, onlar bir çox şeyləri görüb daha vətənpərvər olurlar. Yalnız qərəzli insanlar belə mövqe sərgiləyə bilərlər. O, qaldırdığı məsələlərlə kimlərinsə marağına toxunur və həmin adamlar indi düşünürlər ki, əllərinə fürsət düşüb. Bu qara piar kampaniyası ilə bir neçə diletantı çaşdırmaq olar.

-Qüdrət bəy, toy məclisləri və yas mərasimləri barədə sizin fikirləriniz necədir?

-Kasıb ölkədə kimsə çox təmtəraqlı toy edirsə bu, sözsüz ki, müəyyən qınaq yarada bilər. Yas mərasimləri barədə isə, düşünürəm ki, insan dünyasını dəyişirsə, onun əzizlərinə qohumları, dostları toplanıb bir dəfə başsağlığı verməlidir. Bu zaman ehsan kimi çay süfrəsi açıla bilər. 40 və il mərasimlərini isə ailə keçirməlidir. Ümid edirəm zamanla bu məsələ də öz həllini tapar.

paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

Next

Prezident İlham Əliyev: “Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik”

Copyright 2026— Praqraf.com. All rights reserved