Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 8
  • Eks-deputat deputatın qardaşını aldadıb: 1 milyonluq dələduzluq – AÇIQLAMA

Eks-deputat deputatın qardaşını aldadıb: 1 milyonluq dələduzluq – AÇIQLAMA

admin 08 Yanvar 2026 2 minutes read
1767864484713882247695f78a4cc205
PAYLAŞIN:

“Rusiya–Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib və Qarabağda tenderdə qalib gələn şəxslərlə birgə iş görüblər. Lakin bu fəaliyyətdən heç bir gəlir əldə etməyiblər, əksinə, qoyduqları vəsaiti də bu günədək geri ala bilməyiblər. Nəticədə gördülər ki, Azərbaycanda biznes qurmaq heç də asan deyil”.

Paraqraf.com xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev TV Müsavat-da yayımlanan “Canlı söhbət” verilişində deyib. Deputat bildirib ki, qardaşları Azərbaycanda dələduzluğun qurbanı olublar:

“Bir nəfər qardaşımdan 1 milyon manat pul alıb və ona qarşı dələduzluq edib. Söhbət keçmiş deputat Əhəd Əhmədov və onunla birgə daha üç nəfərdən gedir. Qardaşım bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu ondan tikinti işi qurmaq adı ilə almışdılar. Daha sonra isə dövlət adından saxta “kupça” təqdim etmişdilər”.

Razi Nurullayev qeyd edib ki, bu hadisədən sonradan xəbər tutub: “Mənim bundan xəbərim olmayıb. Hadisəni sonradan öyrənmişəm. Hazırda iş hüquq-mühafizə orqanlarının nəzarətindədir. Onların köməkliyi ilə qardaşım pulun üçdə ikisini geri ala bilib”.

Xatırladaq ki, Əhəd Əhmədov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat olub. O, İmişli rayonunun Göbəktala kəndindəndir. 1991-ci ildən “Günəş” Elm-İstehsalat Assosiasiyasının direktoru, 1994-cü ildən Azərbaycan Kurortlar Birliyinin şöbə rəisi, 1996-cı ildən “Azəri” firmasının direktoru, 2000–2005-ci illərdə Füzuli rayon şərab zavodunun direktoru vəzifələrində çalışıb.

O, 2005-ci ildə keçirilən seçkilərdə bitərəf kimi deputat mandatı qazanıb. 2010-cu ilə kimi Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olub.

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Elşad Xose saxlanıldı
Next: AzVP-nin baxışı: Azərbaycan-Amerika münasibətlərinə praqmatik yanaşma

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.