Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 8
  • AzVP-nin baxışı: Azərbaycan-Amerika münasibətlərinə praqmatik yanaşma

AzVP-nin baxışı: Azərbaycan-Amerika münasibətlərinə praqmatik yanaşma

admin 08 Yanvar 2026 7 minutes read
logo
PAYLAŞIN:

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə həm də Azərbaycanın 2025-ci ildə apardığı siyasətin hesabatı idi. 

Dövlət başçısı bu günün aktual məsələlərini geniş spektrdə təhlil edərək perspektivdə görüləsi işlərdən strateji düşüncə ilə aydın şəkildə danışıb. Bu vacib məsələlərdən biri də 1992-ci ildən Amerika Birləşmiş Ştatlarının Azərbaycana tətbiq etdiyi bədnam “907-ci düzəliş” idi.

Ötən 33 il ərzində baş verənlər siyasətçilərin, ekspertlərin, mütəxəssislərin, ümumilikdə xalqın gözləri önündə cərəyan edib və kimin nəyə qulluq etməsi heç kim üçün gizli deyil. 86,6 min kvadrat kilometr əraziyə malik Azərbaycan Respublikasının Qarabağ bölgəsinin cəmi 4 min kv.km-lik dağlıq hissəsində dövlət qurmaq, bu məqsədə çatmaq üçün əlavə olaraq Qarabağın dağətəyi və aran zonalarında 10 min kv.km ərazini də işğal etmək, soyqırım törətmək, 1 milyona yaxın qaçqın əhalinin yaranmasına səbəb olmaq-bütün bunlar haqda irili-xırdalı bütün dövlətlərin rəhbərləri bilirdi.

Amma münaqişəmi deyək, müharibəmi, problemmi, yaxud açıq işğalmı, hər bir halda bunların əzabını Azərbaycan xalqı çəkdi. İsti kresloda oturub soyuq başla mühakimə yürütmək nə qədər asandırsa, münaqişənin haqsızlıqlarını və nəticələrini yaşamaq bundan qat-qat çətin və əzablıdır.

Vaxtilə ABŞ-nin sözünün eşidildiyi BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması haqqında 4 məlum qətnamə verilmişdi.

Bəs, elə isə ABŞ-nin ovaxtkı administrasiyası niyə özünün səs verdiyi qətnamələrin yerinə yetirilməsində israr etmirdi? Əgər bütün bunlar ona görə baş verirdisə ki, münaqişənin həll olub-olmaması ABŞ-ın marağında deyil, onda bu ölkə beynəlxalq birliyin ən güclü 3-4 üzvündən biri kimi torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın əl-qolunun açılmasına yardım göstərməyə borclu idi. Zaman keçir, liderlər dəyişir, amma dövlətlər qalır və yollarına davam edirlər.

Dövlətlərin də böyüyü, kiçiyi, güclüsü, gücsüzü var. Əksər vaxt fərq iqtisadiyyatla, inkişafla, hərbi güclə ölçülsə də, mənəvi güc heç vaxt yaddan çıxmır və onun dəyəri qat-qat artıq olur. Buna görə də bəzən ən iri supergüclər mənəvi gücünə arxalanan xırda dövlətlərin yanında belə cılız görünür.

Necə ki, bəzi dövlət xadimləri də vəzifəsindən və statusundan asılı olmayaraq meydanı cılız əməlləri ilə tərk edirlər. Bu mənada Prezident İlham Əliyevin müsahibədə “907-ci düzəliş” barədə səsləndirdiyi “Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz.

Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksək vəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin.

Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik” fikri Azərbaycan-ABŞ münasibətlərinin bu bədnam qanun kontekstində vəziyyətini aydın göstərir.

Bir vaxtlar ABŞ-ın dövlət katibi olmuş Con Kerrinin vəzifədən getdiyi ərəfədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi “liderlər buna hazır deyillər” açıqlaması supergüc adlanan dövlətə ləyaqət gətirən fikir deyildi və ikili standartların təzahürü idi.

Ona görə ki, ABŞ münaqişənin həllində üzərinə mühüm missiya götürmüşdü. Hətta Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olmasaydı da, dünya çatında oynadığı rola, tutduğu mövqeyə və apardığı siyasətə görə belə fikirləri səsləndirməli deyildi. Amma Con Kerri bunu etmişdi və dövlətinin mənafeyini erməni milyarderlərinin təsiri ilə özünün kiçik ambisiyalarına qurban verməkdən çəkinməmişdi.

“Liderlər” deyəndə təbii ki, o, Azərbaycanın dövlət başçısını da nəzərdə tutmuşdu. Nə üçün? Axı, dünyanın ən səlahiyyətli qurumu olan və ABŞ-da yerləşən BMT tribunasından Azərbaycan Prezidenti İlham Əliyev bir dəfə yox, dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlamış, zərərçəkən tərəf olmasına baxmayaraq başçılıq etdiyi ölkənin vətəndaşları sayılan ermənilərə kifayət qədər yüksək status verməyə razılaşmış, onların həyatının yaxşılaşdırılmasına və təhlükəsizliyinə təminat vermişdi.

Bunu “hazır olmamaq” kimi dəyərləndirmək, ən azı, vicdansızlıq idi. Hələ, ən güclü dövlətin nümayəndəsinin dilindən bu cür ifadənin səsləndirilməsinin siyasi intriqabazlıq olduğunu demirik. Heç kimə sirr deyil ki, dövlətlərin xarici siyasətləri güc prizmasından aparılır və qiymətləndirilir.

İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti dünyanın ən iri dövlətlərinin müzakirə etdiyi, ancaq həll edə bilmədiyi və Azərbaycan üçün taleyüklü məsələ olan torpaqlarımızın azad edilməsini böyük uğurla başa çatdırdı.

ABŞ-də yenidən hakimiyyətə gəlmiş Donald Tramp və onun təşkil etdiyi dövlət administrasiyası Azərbaycanın uğurunu praqmatik siyasətlə qarşıladı. Qarabağ müharibəsinin qalibi Azərbaycanla məğlub Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə dair bəyannamədə Amerika liderinin də imzası var.

Bu, beynəlxalq aləmdə ciddi zəmanət sayılır və Azərbaycan Prezidentinin növbəti uğurudur. Belə ki, Donald Tramp “907-ci düzəliş”in ləğvi barədə qərarını açıqlayıb. Çünki ABŞ-nin Cənubi Qafqaz və ümumiyyətlə Şərq siyasətində Azərbaycanın regiondakı geopolitik roluna ehtiyacı var.

İndi qərarın birdəfəlik ləğvi üçün Konqres onu təsdiq etməlidir. Ümid edirik ki, bu, baş verəcəkdir. Ona görə ki, Azərbaycan-Amerika münasibətlərinin yüksələn xətlə inkişafını təmin etmək bu məsələnin həllindən çox asılıdır.

Azad Vətən Partiyasının İnformasiya və Təhlil Mərkəzi

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Eks-deputat deputatın qardaşını aldadıb: 1 milyonluq dələduzluq – AÇIQLAMA
Next: Gələn həftə deputatların tətili başa çatır

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.