Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 8
  • ABŞ UNESCO və BMT-nin onlarla təşkilatından çıxdı

ABŞ UNESCO və BMT-nin onlarla təşkilatından çıxdı

admin 08 Yanvar 2026 2 minutes read
1767862813920787747695f721d925b4
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın “milli maraqlarına zidd fəaliyyət göstərən” Birləşmiş Millətlər Təşkilatına daxil olmayan 35 qurum və BMT-nin 31 təşkilatından çıxmasını nəzərdə tutan sənədi imzalayıb.

Ağ Ev sözügedən təşkilatların adlarını açıqlamayıb. Bununla belə bildirilib ki, həmin qurumlar ABŞ-ın suverenliyini və iqtisadi gücünü zəiflədən ifrat iqlim siyasətlərini, qlobal idarəetmə yanaşmalarını və ideoloji proqramları dəstəkləyir.

Ağ Evin açıqlamasında vurğulanıb ki, bu qərar ABŞ-ın üzv olduğu və ya tərəf çıxdığı bütün hökumətlərarası təşkilatların, sazişlərin və müqavilələrin hərtərəfli şəkildə nəzərdən keçirilməsindən sonra qəbul edilib. Bildirilib ki, bu addımlar ABŞ vergiödəyicilərinin vəsaitlərinin ölkənin prioritetlərini qloballaşma gündəmlərindən üstün tutmayan və ya mühüm məsələləri kifayət qədər səmərəli və effektiv şəkildə həll etməyən qurumlara yönəldilməsinə son qoyacaq. Açıqlamada əlavə olunub ki, bununla ABŞ vergiödəyicilərinin vəsaitləri müvafiq missiyaların dəstəklənməsi üçün daha məqsədyönlü şəkildə istifadə oluna biləcək.

Ağ Ev əlavə detallar və çıxılması nəzərdə tutulan təşkilatların siyahısı ilə bağlı sorğulara hələlik cavab verməyib.

Qeyd edək ki, Donald Tramp ikinci prezidentlik müddətinə başlamasından bir il keçdikdən sonra BMT-yə ayrılan ABŞ maliyyəsinin azaldılması istiqamətində addımlar atıb, ölkəsinin BMT İnsan Hüquqları Şurasında iştirakını dayandırıb, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinə (UNRWA) ayrılan vəsaitlərin dayandırılması qərarını uzadıb və UNESCO-dan çıxıb. O, həmçinin Dünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını da açıqlayıb.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Külək, duman, şaxta…: Sabahın havası
Next: Bu ölkələr birləşəcək?

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.