Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 7
  • “İnsan özünü tanımadıqca tükənir” – Psixoloq İzzət Rəhimli ilə müsahibə

“İnsan özünü tanımadıqca tükənir” – Psixoloq İzzət Rəhimli ilə müsahibə

admin 07 Yanvar 2026 6 minutes read
IMG-20260107-WA0001
PAYLAŞIN:

Müasir dövrdə insanların daxili dünyasını anlamaq və özünü tanımaq prosesi həyat keyfiyyəti üçün vacib faktora çevrilib. Lakin Azərbaycanda bu proses müxtəlif sosial və psixoloji baryerlərlə qarşılaşır. İnsanların niyə özlərini tanımadıqları, bunun nəticəsində hansı psixoloji narahatlıqlar yaşandıqları, gənclərin niyə yorğun və motivasiyasız olduqları, valideyn davranışlarının uşaqların şəxsiyyətinə necə təsir etdiyi kimi suallar cəmiyyətin psixoloji sağlamlığını anlamaq baxımından olduqca önəmlidir.

Paraqraf.com bu mövzu ilə bağlı tanınmış psixoloq İzzət Rəhimli ilə müsahibəni təqdim edir.

— “Özünü tanımaq” sadə bir ifadə kimi səslənir. Amma niyə bu qədər az insan həqiqətən özünü tanıyır? Azərbaycanda bu prosesin qarşısını alan əsas psixoloji və sosial baryerlər hansılardır?

— Özünü tanımaq sadə səslənsə də, əslində mürəkkəb bir prosesdir. Bu, insanın özünün fərqində olması deməkdir. İnsan nəyə görə yaşadığını, hansı sahələrdə potensialının olduğunu anlamalıdır. Bunun üçün daim özünə suallar verməyi, duyğularını dərk edib təhlil etməyi öyrənməlidir.

“Mən niyə özümü yaxşı və ya pis hiss edirəm?” kimi suallar bu prosesin əsasını təşkil edir. Sorğulama qabiliyyəti hər kəsdə ola bilər, lakin əsas məsələ bunu vərdişə çevirməkdir. Bu zaman insan etdiklərinin ona necə təsir etdiyini anlamağa başlayır.

Məsələn, bir uşağın rəssamlıq qabiliyyəti olur, lakin ailə onu həkimliyə yönləndirir. Şəxs bu seçimi sorğulamadan qəbul etdikdə, illər sonra öz potensialını dərk edəndə özünü tanımadığını anlayır. Nəticədə, insan öz istədiyi yerdə və səviyyədə olmadığı üçün psixoloji diskomfort yaşayır.

Özünü tanımağın əsas şərtlərindən biri də insanın özünü olduğu kimi — qüsurları və səhvləri ilə birlikdə qəbul etməsidir. Qüsurların “pis bir şey” olmadığını, mənfi duyğuların isə keçici olduğunu anlamaq lazımdır. İnsan öz duyğularına düşmən olmamalıdır.

Bariyerlərdən biri də cəmiyyətdə pis duyğuların qəbul edilməməsidir. Uşaq qorxanda və ya həyəcanlananda valideyn adətən “Heç nə olmaz” deyir. Bu yanaşma zamanla uşağa “pis olmamalısan” mesajını verir. Nəticədə uşaq duyğularını basdırır və onlardan qorxmağa başlayır. Bu isə səhv etməkdən çəkinən, özünü tanımaqda çətinlik çəkən şəxsiyyət formalaşdırır.

 

—   Gənclər niyə bu qədər yorğundur?

—  Gənclər yorğundur, çünki üzərlərində daim gözləntilər var və bu gözləntilərin çoxu onlara aid deyil. Ailə, cəmiyyət və ya insanın özü bəzən daşıya bilməyəcəyi qədər yük qoyur. Basdırılmış duyğular zamanla mənəvi yükə çevrilir və insan tükənir.

Potensialdan düzgün istifadə etməmək, həyata real baxmamaq da insanı yorur. İnsan özünü tanımadıqda, ailənin, cəmiyyətin və öz beynində yaratdığı obrazın təzyiqi altında əzilir. Biz buna supereqo deyirik. Real kimlik sıxıldıqca mənəvi yorğunluq artır.

Bu zaman insanlar ya özlərini işə, ya əyləncəyə, ya da daim sosial mediaya verir. Halbuki zehin bu temp üçün yaradılmayıb. Zehin yavaşlamadıqda, bu vəziyyət fasiləsiz yüksək sürətlə gedən maşına bənzəyir, bir müddət sonra sıradan çıxır.

İnsan dayanmalı, özünü müşahidə etməli, hisslərinə qulaq asmalıdır. Əks halda avtopilot rejimində yaşamağa başlayır və bu da tükənmişliyə gətirib çıxarır.

 

—  Psixoloqa getmək tabu olaraq qaldıqca nə baş verir?

—  Mən artıq psixoloqa getməyin tabu olduğunu düşünmürəm. Xoşbəxtlikdən, bu sahədə müraciətlər artıb. Lakin daha da artmasını istəyirik.

Terapiya olmadıqda insanlar nə özləri ilə, nə də başqaları ilə sağlam münasibət qura bilirlər. Ya həddindən artıq asılı olurlar, ya da insanlardan uzaqlaşırlar. Öz daxili dünyalarını tanımadıqları üçün məsuliyyəti başqalarına yükləyirlər: ata, ana, dövlət, həyat yoldaşı…

Bu yanaşma insanı “uşaq mövqeyi”ndə saxlayır və yetkin şəxsiyyət formalaşmır. Nəticədə insan özünü daim qurban rolunda görür və qarşısına da bu rolu təsdiqləyən insanlar çıxır. Buna “özünü reallaşdıran kəhanət” deyirik. Bu cür düşüncə tərzi sağlam cəmiyyətin formalaşmasına mane olur.

 

—  Valideynlərin psixoloji savadsızlığı uşaqlara necə təsir edir?

—  Bu halda uşağın özünə inamı azalır və o, daim təsdiq axtaran, asılı şəxsiyyətə çevrilir. Öz ehtiyaclarını tanımır. Belə uşaqlar böyüyəndə ya həddindən artıq itaətkar, ya da həddindən artıq üsyankar olurlar.

İtaətkar uşaqlar sosial həyata atıldıqda məktəbdə, universitetdə, iş mühitində – sosial bacarıqları zəif olur. Üsyankar uşaqlar isə sistemə qarşı çıxır, amma bu da onları ya zəif xarakterli, ya da hər şeyi öz bildiyi kimi edən insanlara çevirir.

Hər iki halda şəxs ailəyə, iş mühitinə və dost çevrəsinə uyğunlaşmaqda çətinlik çəkir.

 

—  Azərbaycanda psixoloji sağlam fərd və ailə qurmaq mümkündürmü?

—  Bəli, mümkündür. Hazırda psixoloji maarifləndirmə işi aparılır və bu, sevindirici haldır. Amma hər şey insanın özündən başlayır.

İnsan öz üzərində işlədikcə, qurduğu ailəyə və daxil olduğu sosial mühitə də müsbət təsir göstərir. Çünki insan dəyişdikcə ətrafındakı insanlar da dəyişir. Hamımızın danışmağa, paylaşmağa ehtiyacı var.

Ona görə də hər şey insanın özündən başlayır.

 

Ləman
Paraqraf.com

Loading

Visited 101 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Aygün Əliyevaya yeni vəzifə verildi
Next: Pakistanda avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb w36KBu6aCslsTr3TNb21QiaNiABuLnEdqYX0X6od_1200

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb

06 Mart 2026
Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir bAAlXaaOtOrUGpIblzOJoeoZTvy5vm1JSrUuKm1k_1200 (1)

Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir

06 Mart 2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb 0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

06 Mart 2026
Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

06 Mart 2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

06 Mart 2026
Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib

06 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.